Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən şəhid ailələri və müharibə iştirakçılarına dəstəklə bağlı vacib addım

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın rəhbərliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.

Palatadan verilən məlumata əsasən, görüş şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri mövzusunda keçirilib.

AmCham Azərbaycanın prezidenti Nuran Kərimov bildirib ki, AmCham Azərbaycan öz korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. O həmçinin vurğulayıb ki, Palata üzvləri tərəfindən bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O həmçinin hazırda Nazirlik tərəfindən qeyd edilən istiqamətdə həyata keçirilən layihələr və şəhid ailələrinin, müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və s. barədə ətraflı məlumat verib.

N.Kərimov qeyd edib ki, AmCham Azərbaycanın bu təşəbbüsü olduqca təqdirəlayiq haldır və nazirlik palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək, o cümlədən onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar