Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Vətən müharibəsində iştirak edən mülki işçiləri təltif edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirməsi ilə yanaşı, həm də mülki vəzifələrdə olan işçilərindən də Azərbaycan Ordusunun tərkibində döyüşlərdə bilavasitə iştirak edən, şərəfli döyüş yolu keçənlər olub.

Bu barədə PİA.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə həmin əməkdaşlar sırasından Vətən Müharibəsində göstərdikləri şücaətə görə Cəfərov Sadiq Əliağa oğlu “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Sadıqov Nail Novruz oğlu “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Ağayev Fəxri Ağarza oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Vəliyev Yasin Fəyaz oğlu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

"Onu da qeyd edək ki, mənfur Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizi intensiv mərmi və raket atəşlərinə məruz qoyması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən FHN-in əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub.

Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edirik!

Qarabağ Azərbaycandır!", - Mətbuat Xidmətindən bildirilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay