Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yeni Şafak" :Qarabağda döyüşən Suriya erməniləri tabutda geri qayıtdı

Türkiyənin “Yeni Şafak” qəzeti Suriyadan Qarabağa gələrək Azərbaycana qarşı döyüşən Suriya ermənilərinin ölkələrinə tabut içərisində döndüyünü yazıb. Qəzetin yazdığına görə, 30 nəfərə yaxın erməninin cəsədi İrəvandan Latakiyadakı Xmeymim aerodromuna uçan təyyarə ilə aparılıb.

Əksəriyyəti Hələbdən olan ermənilərin cənazələrinin Moskvaya tabe olan yaraqlılar tərəfindən öz şəhərlərinə aparıldığı bildirilir. Cənazələrin ötən həftələrdə Süleymaniyyə və Əziziyyə məhəllələrində mərasim ilə dəfn edildiyi bildirilir.

Digər tərəfdən isə, Əsədə tabe olan bəzi hərbçilər ilə Moskvadakı bəzi məmurların xristian qüvvələrinə hərbçi cəlb eləmək işini gizli şəkildə yerinə yetirdikləri iddia edilir. Hətta xristian yaraqlılarla Vaqner kimi muzdlu hərbi şirkət modelinə bənzər şəkildə 3 aylıq müqavilə imzalandığı, bu müqavilə ilə də döyüşmək üçün Ermənistana göndərildiyi aşkara çıxıb.

Suriya erməniləri ilə assuriyalılardan ibarət muzdlu hərbçilərin Qarabağda döyüşmək üçün ayda 1500 dollar maaş aldığı, maaşla yanaşı, gələcəkdə Ermənistana səyahət eləmək üstünlüyü, hətta Ermənistan vətəndaşı olmaq şansı əldə edəcəkləri də vəd edilib. Ermənistanda ölən 30-dan artıq Suriya ermənisinə təzminat ödəməyi isə Əsəd hökumətinin öz öhdəsinə götürdüyü iddia edilir. Qarabağda Azərbaycan əsgərinə qarşı döyüşərkən ölmüş hər suriyalı erməninin ailəsinə 200 min Suriya lirəsi həcmində təzminat ödənilib.

Suriyalı vətəndaşları döyüşlərə cəlb eləmək üçün cəhdlər edən Rusiya idarəçiləri əvvəlcə xristian döyüşçüləri toplayaraq güclü bir qüvvə yaradıb. Ermənilərdən və assuriyalılardan ibarət hərbi qüvvələrə döyüşçü cəlb eləmək üçün keşiş və rahiblərin fəal olduğu bildirilir. Əsəd rejiminin bu din xadimlərinə hərbçi cəlb eləmək üçün maddi dəstək verdiyi də iddia edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar