Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zibil atmaq üçün də icazə alınmalıdır? – Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə almaq tələb olunmur: “Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır”.

Həmçinin, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.

“İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, 8103 nömrəsinə SMS göndərməklə və “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alan şəxslərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətinə icazə verilir. (Qafqazinfo)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb

Slovakiya XİN: Fitso vəzifəsinin başına bir neçə aydan sonra qayıda biləcək

Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı baş tutub

Ən çox oxunanalar