Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəxrizadə sui-qəsdinin yeni təfərrüatları açıqlandı

İranın nüvə tədqiqatları üzrə alimi Möhsün Fəxrizadəyə qarşı törədilmiş sui-qəsdlə bağlı yeni təfərrüatlar üzə çıxıb...

“Mecra” qəzeti, Türkiyə, 7 dekabr 2020-ci il

İran İnqilab Keşikçiləri Ordusu Komandirinin müavini Əli Fədəvi İranın nüvə tədqiqatları üzrə alimi Fəxrizadənin qətli ilə bağlı yeni təfərrüatları açıqlayıb. Fədəvi Fəxrizadənin yanında 11 cangüdənin olduğunu və cinayət yerindən 10-15 metr məsafədə quraşdırılmış PİKAP üzərindəki avtomat silahdan belinə doğru açılan atəş nəticəsində onurğasının qırıldığını və beləcə, həyatını itirdiyini bildirib. Atəş açıldıqdan sonra PİKAP-ın silahı məhv etmək üçün partladığını bildirən Fədəvi yük maşınına yerləşdirilən avtomat silahın bir peyk vasitəsi ilə idarə olunan süni zəkaya bağlı olduğunu vurğulayıb.

İranın Tələbə Xəbər Agentliyinə (ISNA) görə, Tehran Universitetindəki bir mərasimdə çıxış edən Fədəvi Fəxrizadənin öldürülməsi ilə bağlı bu yeni yeni təfərrüatlardan bəhs edib.

Sui-qəsdin yol kənarındakı PİKAP-a qoyulmuş və elektron sistemlərlə uzaqdan idarə olunan avtomat silahla həyata keçirildiyini bildirən Fədəvi hadisə yerində heç bir şübhəlinin tapılmadığını qeyd edib.

Avtomatın quraşdırıldığı PİKAP açılan atəşdən sonra partladılıb və həmin partlayışdan sonra silahın qalan elektron hissələrini və peyk sistemlərini araşdırdıqlarını söyləyən Fədəvi aşağıdakıları qeyd edib:

“Hadisə yerində heç kim yox idi. PİKAP-ın içərisinə qoyulmuş avtomat silahdan cəmi 13 güllə atılıb. Qalan güllələr mühafizəçilər tərəfindən atılmışdı. PİKAP-a yerləşdirilən avtomat silah həm də Fəxrizadənin üzünü yaxından izləyən və süni intellektdən istifadə edən ağıllı bir peyk sistemi ilə təchiz edilmişdi”.

Fədəvi Fəxrizadənin bədəninə neçə güllə dəydiyi barədə məlumat verməyib.

Qeyd edək ki, İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə 27 noyabrda Tehranın Dəmavənd bölgəsinin Absərd bölgəsində avtomobilinə silahlı hücum nəticəsində ağır yaralanmış və aparıldığı xəstəxanada həyatını itirmişdi.

Fəxrizadənin məzarını ziyarət edən iranlılar

İran Hökumətinin sözçüsü Əli Rəbii çərşənbə günü verdiyi açıqlamada Fəxrizadə sui-qəsdi ilə əlaqəsi olan şəxslərin müəyyənləşdirildiyini və istintaq sona çatdıqdan sonra lazımi addımları atacaqlarını söyləyib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar