Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpoldan COVID-19 testləri və peyvəndləri ilə bağlı xəbərdarlıq

İnterpol koronavirus əleyhinə peyvəndlərin meydana çıxması ilə əlaqədar mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin intensivləşməsi fonunda ölkələrin səylərini əlaqələndirməyə ehtiyac olduğunu bəyan edib.

PİA.az-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

“Pandemiyanın başlanması ilə COVID-19 və qrip peyvəndlərinin saxtalaşdırılması, oğurlanması və qanunsuz reklamı ilə əlaqəli potensial cinayət fəaliyyətləri meydana çıxıb. Bu cür cinayət xarakterli əməllər fərdi şəxslərin saxta peyvəndləri reklam etməsi və satışını təşkil etməsini də əhatə edir. COVID-19 peyvəndlərinin təsdiqlənməsi və qlobal paylanması mərhələsi yaxınlaşdıqca, tədarük zəncirinin təhlükəsizliyini təmin etmək və saxta məhsul satan qanunsuz veb saytları müəyyənləşdirmək vacibdir.

Hüquq-mühafizə orqanları və səhiyyə tənzimləyici qurumlar arasında koordinasiyaya ehtiyac var və bu fərdlərin təhlükəsizliyini və cəmiyyətlərin rifahının qorunmasını təmin etmək üçün çox vacib rol oynayacaq. Cinayət şəbəkələri, saxta veb saytlar və saxta müalicə vasitələri ilə şübhəsiz ki, cəmiyyətin üzvləri hədəf alınacaq. Bu, insanların sağlamlıqları, hətta həyatları üçün əhəmiyyətli risk yarada bilər”, - deyə qeyd olunub.

Bildirilib ki, COVID-19 peyvəndləri ilə yanaşı, beynəlxalq səyahətlər tədricən bərpa olunduqca, virusa dair testlərin daha çox əhəmiyyət kəsb etməsi ilə əlaqədar icazəsiz və saxtalaşdırılmış test dəstlərinin paralel istehsalı və paylanması hallarının meydana çıxacağı ehtimal olunur.

COVID-19-la əlaqəli saxtakarlıqlarla yanaşı, İnterpol ictimaiyyətə tibbi avadanlıq və ya dərman axtarışı zamanı internetdən istifadə edərkən xüsusilə diqqətli olmağı tövsiyə edib: “Həyati riskli olan məhsulların sifariş edilməsinin təhlükələrinə əlavə olaraq, İnterpolun Kibercinayətlər Departamenti tərəfindən aparılan araşdırmada, qanunsuz dərman və tibbi məhsullar satmaqda şübhəli bilinən onlayn apteklərlə əlaqəli 3000 veb saytın 1700-də kibertəhdid, xüsusən fişinq və spam olduğu aşkar edilib.

Onlayn fırıldaqçıların qurbanına çevrilməmək üçün diqqətli olmaq vacibdir. COVID-19-la əlaqəli son sağlamlıq tövsiyələrini almaq üçün hər zaman milli səhiyyə orqanlarınızla və ya Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə saxlayın”.

İnterpolun Baş katibi isə deyib ki, hüquq-mühafizə orqanlarının COVID-19 peyvəndi ilə əlaqəli bütün növ cinayət fəaliyyətlərinə və hücumlara mümkün qədər hazır olması vacibdir, elə bu səbəbdən təşkilat bu qlobal xəbərdarlığı edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar