Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadan Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edən suriyalı silahlılar barədə məlumat istəyib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Muzdlulara gəlincə, səfir xatırladıb ki, nə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, nə də Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov onların sayı barədə danışarkən, heç vaxt hansı tərəflə vuruşduqlarını deməyiblər: “Buna görə də dünən bir səfir olaraq Rusiya Federasiyasının müvafiq qurumlarına Azərbaycan tərəfinin, erməni tərəfində olan muzdluların adlarını, soyadlarını və çağırış nişanlarını təqdim etdiyi bir sənəd imzaladım. Beləliklə, bilirsiniz, muzdlulardan danışırsınız, indiyə qədər bəzi saxta suriyalılar orada oturub nəsə söyləyirlər, hamısı yalan, quraşdırılmış səhnələrdir, indiyə qədər hər iki tərəfin heç birindən soyadları, dəqiqləşdirmələri və s. İlə bir dənə də olsun real sənəd təqdim olunmayıb", - deyə diplomat mətbuat konfransı zamanı bildirib.(Virtualaz.org)
pia.az