Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"EU Reporter": Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır

Avropanın nüfuzlu "EU Reporter" analitik portalı "Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır" adlı məqalə yayıb.

PİA.az Trend-ə istinadən bildirir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması ilə əlaqədar mətbuatda bu münaqişəyə dair çoxsaylı saxta xəbərlərin yayıldığı bildirilir.

Yazıda bəzi Qərb KİV-lərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərlər yayarkən açıq-aşkar tərəfkeş münasibət nümayiş etdirməsinin təəccüb hissi doğurduğu qeyd edilir.

Müəllif qeyd edir ki, bu il sentyabrın 30-da "BBC News"un yaydığı xəbərdə Türkiyənin nəzarəti altında olan Suriya ərazisindən bir neçə yüz muzdlunun Qarabağa gətirildiyi iddia edilir. "BBC News" bu məlumatı hərbçilərin birindən aldığını, ancaq məlumatların doğruluğunun təsdiq olunmadığını qeyd edir.

Həmçinin, "France 24" kanalının "The Observers" proqramında internet istifadəçisi tərəfindən çəkilmiş Suriyalı silahlıların Azərbaycana getməyə hazırlaşdıqlarını göstərən bir neçə feyk videonun yayımlandığı qeyd olunur. Bu videoların həqiqiliyinin əsas "sübutu" kimi isə videodakı əsgərlərin ərəbcə Hələb və İdlib şəhərləri barədə danışmaları olduğu deyilir.

Məqalədə bu cür açıq-aşkar saxta məlumatların dünyanın belə aparıcı xarici KİV-lər tərəfindən yayılmasının təəccüb doğurduğu bildirilir. İrəvanın bu günə qədər Qarabağda Azərbaycan tərəfdən hər hansı muzdlunun olması barədə heç bir dəlil təqdim edə bilmədiyi vurğulanır.

Müəllif yazır ki, bütün müharibələr kimi Qarabağ müharibəsi də böyük faciədir. Döyüşlər ərzində mülki əhaliyə və infrastrukturuna ziyan dəyib. Ancaq Qərb mətbuatı öz diqqətini hadisələrin inkişafına yönəltməyib. Xüsusilə də döyüş bölgəsindən çox kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması dünya mediasının diqqətindən kənarda qaldı.

Yazıda vurğulanır ki, müasir dövrdə baş verən silahlı qarşıdurmalarda informasiya cəbhəsindəki qarşıdurma döyüş meydanında olduğu qədər əhəmiyyətli ola bilir. Düşmənin hər hansı sadə bir əməliyyatını belə "müharibə cinayəti" kimi qələmə verərək bütün dünyanı həmin düşmənə qarşı qoymaq olar. Qarabağ münaqişəsi zamanı baş verən hadisələrdən də göründüyü kimi, cəbhədəki real vəziyyət beynəlxalq mediada heç də hər zaman dəqiq əks olunmur. Bu müharibə ilə bağlı həqiqətlərin sonrakı nəsillərə olduğu kimi çatdırılması üçün mətbuatın davamlı olaraq gerçək həqiqətləri qərəzsiz şəkildə təqdim etməsi zəruridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar