Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livandan və Suriyadan gətirilən və Qarabağda yerləşdirilən ermənilərin taleyi necə olacaq?..

Heç şübhəsiz ki, Ermənistan xaricdən gətirilən erməniləri yenidən yerli əhali kimi Dağlıq Qarabağda yenidən yerləşdirməyə cəhd edəcək...

Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi fonunda münaqişənin həll edilməsi ilə bağlı təbii olaraq çoxlu suallar yaranıb. Təbii ki, bütün sualların cavabını hazırda almaq mümkün deyil və 3 rayonun işğaldan azad olunmasından sonra başlayacaq prosses bu sualların da cavabını verəcək.

Hazırda maraq doğuran məsələlərdən biri də yerli ermənilərin yenidən öz evlərinə qayıtma məsələsidir. Məlumdur ki, son 28 ildə Ermənistan aktiv şəkildə xarici ölkələrdə yaşan erməni əhalinin Qarabağda qanunsuz məskunlaşdırılmasını həyata keçirirdi. Hətta oradan çəkilən reportajlardan bu qanunsuz aktların açıq şahidi olmaq mümkün idi. Belə ki, Livan erməniləri bu ərazilərdən birində keçmiş Azərbaycan kəndində məskunlaşdırılıblar. Burada 300 nəfər Livan ermənisinin kompakt şəkildə məskunlaşdırıldığı deyilir. Onların arasında Suriyadan gətirilən ermənilərin də olduğu bildirilir.

Livandan və Suriyadan gətirilən ermənilərin taleyi necə olacaq? Heç şübhəsiz ki, Ermənistan həmin xaricdən gətirilən erməniləri yenidən yerli əhali kimi Dağlıq Qarabağda yenidən yerləşdirməyə cəhd edəcək. Mövcud anlaşmaya əsasən Azərbaycan onların yenidən Qarabağa yerləşdirilməsinin qarşısını ala biləcəkmi və Rusiya ordusunun bu məsələdə Azərbaycanla səmimi əməkdaşlıq edəcəyini gözləmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edib.

Ədalət Verdiyev: “Suriya, Liviya, hətta Ermənistandan olan hansısa bir erməninin Qarabağda yerləşdirilməsi müzakirə mövzusu deyil. Bu mümkün də ola bilməz”.

Rusiyanın bizim ərazilərimizdə digər şərtlərlə fəaliyyət göstərəcəyinə inanmadığını qeyd edən hərbi ekspert PİA.az-a açıqlamasında bildirib ki, sülhməramlı ordunun bu məsələdə Azərbaycanla əməkdaşlıq etməməsi mümkün deyil:

“Biz Qarabağ münaqişəsinin başından bəyan etmişik ki, Qarabağda ərazisində yerli ermənilər, yəni orada doğulub boya-başa çatan əhali yaşaya bilər. Laçın dəhlizində sülhməramlı olaraq rusların yerləşdirilməsi də Azərbaycanın bu məsələyə, yəni yerli ermənilərin geri qayıdıb bizimlə birgə normal şərtlər altında yaşamasına diqqətə çəkmək üçün verdiyi mesajdır. Ona görə sülhməramlı kimi ruslar seçilib ki, ermənilər onlara inanırlar. Ermənilərin geri qayıdıb yaşaması Azərbaycanın bu işdə səmimi olmasını beynəlxalq təşkilatların da görməsi deməkdir.

Suriya, Liviya, hətta Ermənistandan olan hansısa bir erməninin Qarabağda yerləşdirilməsi müzakirə mövzusu deyil. Bu mümkün də ola bilməz. Rusiya ordusunun isə bu məsələdə Azərbaycanla əməkdaşlıq etməməsi mümkün deyil. Çünki Azərbaycan bu münaqişədə qalib və şərtləri diqtə edən tərəfdir. Sadəcə olaraq rusların orada yerləşdirilməsi erməni silahlı qüvvələrinin çıxarılması üçün təminatdır. Azərbaycan həm də Ermənistana bildirir ki, onların tərəfdaşı olan Rusiya sizin ərazilərdən çıxmanızı təmin edəcək. Bu da onların qısa müddətdə çıxarılmasına şərait yaradacaq.

Müqaviləsinin şərtləri hələ də razılaşdırılma mərhələsindədir. Türkiyə və Azərbaycanın Rusiya ilə gərgin təmasları davam edir. Müqavilənin son imzalanması yaxın günlərdə gözlənilir. Hikmət Hacıyevin də bu məsələ ilə bağlı açıqlaması olacaq. Düşünürəm ki, hələ razılaşma əldə olunub. Sülh müqavilə detallarla və normativ sənədlərlə tənzimlənəcək.

Rusiyanın bizim ərazilərimizdə digər şərtlərlə fəaliyyət göstərəcəyinə inanmıram. Əks halda Azərbaycan rahatlıqla bu müqavilədən imtina edər və sübutlar ortaya qoymaqla Rusiyanın oradakı sülhməramlı missiyasına son qoya bilər. Əgər Ermənistan tərəfindən atəşkəs pozularsa və Rusiya bəlli olan şərtlər çərçivəsində kənara addım atarsa, Azərbaycan qalib tərəf kimi bu müqavilədən rahatlıqla imtina edə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar