Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün Rusiya ilə Türkiyə arasında Qarabağ sazişi imzalanmasa, Azərbaycan üçün təhlükə var” - Politoloq

Ümumilikdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ bəyanatını rəsmi Bakınln maraqları çərçivəsində necə şərh etmək olar?..

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Hər bir halda Azərbaycanın hərbi uğurları kontekstində belə bəyanatın qəbul edilməsini müsbət qəbul etmirəm”.

“Bütün zamanlarda sülhməramlı statusunda iştirak edən qüvvələr çox maraqlıdır ki, sonradan işğalçı qüvvəyə çevrilib”.

Bu sözləri politoloq Natiq Miri Qarabağ haqqında imzalanan sənədi PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan, AzərbaycanRusiya rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatı oldu. Bu bəyanatda bir çox məqamlar yer alıb. Bəyanatın ən əsas məqamı isə rus sülhməramlılarının Qarabağda yerləşdirilməsidir. Artıq xəbər verildi ki, rus sülhməramlıları Qarabağa doğru irəliləyir.

Bəs ümumilikdə Azərbaycan, ErmənistanRusiya liderlərinin Qarabağ bəyanatını rəsmi Bakınln maraqları çərçivəsində necə şərh etmək olar? Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi nə qədər doğrudur və bununla demək olarmı ki, Rusiya rəsmən Azərbaycana qayıtmış oldu?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Əgər ermənilər təmas xətti olaraq mövcuddursa, bu problemin çözümü deyil”.

Bütün zamanlarda sülhməramlı statusunda iştirak edən qüvvələrin sonradan işğalçı qüvvəyə çevrildiyini xatırladan politoloq bildirib ki, sadəcə olaraq böyük güclər öz geosiyasi maraqlarını bu ad altında həyata keçirirlər:

“Mən hər bir halda Azərbaycanın hərbi uğurları kontekstində belə bəyanatın qəbul edilməsini müsbət qəbul etmirəm. Çünki burada bəlli olmayan bir çox məqamlar var. Hətta bu məqamların içərisində Azərbaycan adına xoşagəlməz məqamlar da mövcuddur. Hətta bu gün Türkiyə və Rusiya arasında koalisiya qüvvələrinin proseslərə nəzarəti ilə bağlı imzalanacaq sənəd də mənim üçün tam bəlli deyil. Bu barədə hələlik bir informasiya yoxdur. Bu sənədin bu gün Türkiyə və Rusiya arasında imzalanıb imzalanmayacağı da hələlik bəlli deyil. Əgər sənəd imzalansa, ən azından gələcək perspektivdə Azərbaycan üçün ortaya çıxa biləcək bəzi təhlükələr önlənə bilər.

Rusiyanın Qarabağda varlığı Azərbaycan üçün böyük təhlükədir. Çünki ortada Gürcüstanla bağlı 2008-ci ilin praktikası var. Çox maraqlıdır ki, Rusiya qoşunları sülhməramlı statusu adı altında gürcü dövlətinin tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyada durmuşdular. Bu missiyanı daşıyan Rusiya birdən birə işğalçı tərəfə çevrildi və çox rahatlıqla Gürcüstanın əksər ərazilərini işğal etdi. Həmçinin Rusiya Gürcüstanda siyasi hakimiyyətin devrilməsinə qədər prosesi inkişaf etdirdi. Yəni ABŞ-ın hərbi müdaxiləsi olmasaydı əmin olun ki, Saakaşvili siyasi hakimiyyətini Rusiya rahatlıqla devirib, özünün kuklasını Gürcüstanda oturdacaqdı. Bu praktika artıq var.

Ayrıca bir məsələ nəzərdən qaçmamalıdır. Bütün zamanlarda sülhməramlı statusunda iştirak edən qüvvələr çox maraqlıdır ki, sonradan işğalçı qüvvəyə çevrilib. Sadəcə olaraq böyük güclər öz geosiyasi maraqlarını bu ad altında həyata keçirirlər. Buna görə də düşünürəm ki, əgər Türkiyə paralel olaraq Rusiyayla birlikdə Qarabağda olmasa, bu gələcək seperatizmin, gələcək münaqişənin bəri başdan təməlini atmaq deməkdir. Bu da məsələnin ən təhlükəli tərəfidir. Çünki heç kim qarantı vermir ki, bu 5 il müddətinə Ermənistan indiki vəziyyətindən daha güclü olmayacaq və bundan sonra Azərbaycana çox ciddi ərazi iddiaları ortaya qoymayacaq.

Natiq Miri: “Paşinyan hökuməti devrilsə və yeni hökumət bu sənədi tanımasa, nə olacaq?”.

Həmçinin sənəddə müəyyən boşluqlar hiss edirəm. Boşluqlar ondan ibarətdir ki, burada təmas xətti anlayışı mövcuddur. Azərbaycan ərazisindən təmas xətti və status-kvo anlayışı aradan qaldırıldı. Bunu da aradan qaldıran Azərbaycan ordusu oldu. Yeni bir status-kvo yarandı və bu status-kvo tam Azərbaycan dövlətinin bütün ərazilərində suverenitetinin bərpası ilə əlaqədar olmalıdır. Əgər söhbət yenə də təmas xəttindən gedirsə, demək burada bir deyil başqa tərəf də var. Yəni burada düşmən tərəf də var. Bu düşmən tərəf də əlbəttə ki, ermənilərdir.

Əgər ermənilər təmas xətti olaraq mövcuddursa, bu problemin çözümü deyil. Buna görə də bu ifadənin bəyanata salınmasını çox böyük yanlış hesab edirəm. Qarabağ ərazisində təmas xəttindən söhbət gedə bilməz. Düşünürəm ki, 2-3 gün də səbr etmək lazım idi ki, Azərbaycanın bütün ərazilərində suvereniteti bərpa edilsin. Bundan sonra hər hansı sülhməramlı qüvvəyə ehtiyac belə qalmayacaqdı. Bütün ərazilərdə Azərbaycana suverenliyi bərpa olunandan sonra hansı məsələ müzakirə predmeti ola bilərdi?

Əbülfəz Elçibəyin dövründə Rusiya qoşunlarının hansı əziyyətlər, qanlar hesbına Azərbaycandan çıxarılmasını xatırlatmaq istəyirəm. Yenidən rus qoşunlarının hakim statusunda Azərbaycanın ərazisinə daxil olması çox böyük problemlər yarada bilər. Çünki Rusiya indiyə qədər girdiyi heç bir ərazidən çıxmayıb. Buna görə də bir çox məqamlar mənə aydın deyil.

Natiq Miri: “Əgər Azərbaycan gələcəkdə Qarabağa heç bir status verməyəcəksə, Qarabağın hansı parlamentindən söhbət gedir?”.

Daha bir məqamı deyim. Bu gün özünü qondarma rejimin prezidenti adalandıran Araik Arutyunyan bunun həm hökumət, həm də parlament səviyyəsində razılaşdırıldığını deyir. Çox maraqlıdır ki, əgər həqiqətən də bu Ermənistan tərəfindən kapulyasiyanı təsdiqləyən sənəddirsə, niyə bu sənəddə qondarma Dağlıq Qarabağ rejiminin özünü buraxdığı elan olunmayıb? Ayrıca bu sənəddə qondarma rejimin keçirdiyi referendumun nəticələrinin qeyd-legitim hesab olunması haqqında da heç bir fikir yoxdur.

Əgər Azərbaycan gələcəkdə Qarabağa heç bir status verməyəcəksə, Qarabağın hansı parlamentindən söhbət gedir? Yəni bu gün qondarma rejimin başçısı məsələnin parlamentdə deputatlarla razılaşdırıldıöını bəyan edir. Hansı idarəetmə, hansı statusdan söhbət gedir? Qarabağda heç bir parlamentin olacağı mümkün və qəbul edilən deyil. Çünki belə bir muxtariyyət statusu olmayacaq.

Bir daha qeyd edim ki, sənəddə boşluqlar çoxdur. Düşünürəm ki, hakimiyyət səviyyəsində bu barədə xalqa məlumat verilməlidir.

Azərbaycan xalqının çoxlu sayda şəhidləri var. Bu şəhidlər ona görə şəhid olmayıblar ki, biz ermənilərə hansısa haqlar tanıyaq. Bildiyimiz kimi böyük əksər ermənilər işğal olunmuş ərazilərdən çıxarılıb. Belə olan halda hər hansı yoxlanış olmadan əllərini sallaya-sallaya onların Azərbaycanın torpaqlarına qayıtması mümkün deyil. Bu məsələlər mütləq mənada sənəddə özünü tapmalı idi. Amma sənəddə bu məsələlər yoxdur.

Natiq Miri: “Şəhidlər ona görə şəhid olmayıblar ki, biz ermənilərə hansısa haqlar tanıyaq”.

Bir daha xüsusi vurğulayım ki, bu gün Türkiyə və Rusiya arasında birgə sülhməramlı qüvvələrin koalisiyası yaradılması haqqında sənəd imzalanmasa, Rusiyanı qətiyyən Azərbaycana buraxmaq olmaz.

Bir məqam da diqqətdən qaçmamalıdır. Bu gün Ermənistanda cəmiyyət və siyasi qüvvələr ayaq üstədir. Paşinyanın imzaladığı sənədə Ermənistan parlamenti səviyyədə etimadsızlıq göstərilə bilər. Yaxud da Paşinyan hökuməti devrilsə və yeni hökumət bu sənədi tanımasa, nə olacaq? Bu sualların cavabları tapılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar