Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri Prezident İlham Əliyevə başsağlığı verib

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanovdan və 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Xarici İşlər naziri Eka Tkeşelaşvilidən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlanıb.

PİA.az AzərTac-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Nizami Gəncəvinin vətəni olan Azərbaycanın Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri adından dərin hüznlə başsağlığımızı bildiririk.

Biz də beynəlxalq ictimaiyyətin bir parçası kimi, 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasının son günlərdə pozulması ilə bağlı narahatlığımızı və kədərimizi ifadə edirik. Hazırkı vəziyyətin davam etməsi bütün bölgənin sabitliyi üçün təhdiddir və üçüncü tərəflərin münaqişəyə cəlb edilməsi daim bir təhlükə olaraq qalmaqdadır.

BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icrasına dəstək məqsədilə ehtiyac yaranarsa və faydalı olarsa, məsələnin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində davamlı və sülh yolu ilə həlli üçün birgə təcrübəmizlə kömək göstərməyə hazırıq.

Biz həmsədrlərimiz və Baş katibimizlə koordinasiyalı şəkildə işləyərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu məsələ ilə bağlı beynəlxalq aləmdə təbliğat aparmaq üçün həftəlik videokonfranslar təşkil edirik.

Cənab Prezident, kədər hisslərimizlə yanaşı, xahiş edirik, Sizə olan dərin hörmət və ehtiramımızı da qəbul edəsiniz".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

Ən çox oxunanalar