Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün vətənpərvəri: Ordumuza 50 min dollar ianə edən Qusman - Ermənilər ondan şikayətçidir

Şəkildə gördüyünüz bu kişi Rusiyanın ən qədim və ən böyük TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.

Mixail Qusman Bakıda doğulub-böyüyüb və o, əsl Azərbaycan vətənpərvəridir.

Dünən o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib, fonda 50 min dollar vəsait köçürüb.

Hazırda ermənilər onun cəzalandırılması üçün rəsmi Moskvaya, Kremlə şikayət edirlər ki, Qusman nədən belə bir hərəkət edib. 

4 il öncə aprel ayının sonlarında onunla Astanada (indiki Nur-Sultan) görüşən əməkdaşımız Xalid Kazımlı deyir ki, AzTV-nin və İTV-nin Qazaxıstandakı müxbirləri Fadil Paşayev və Füzuli Məcidli ilə birlikdə beynəlxalq mediaforumun baş tutduğu zalın pilləkənində Qusmanla rastlaşıblar, yaxınlaşıb, Aprel döyüşlərinə münasibətini soruşublar. Qusman jurnalistlərin Bakıdan olduğunu biləndə səmimi mehribanlıqla "əziz həmyerlilər" deyə xitab edərək, suallarına cavab verib və Azərbaycan tərəfinin yüzdəyüz haqlı, Ermənistanın aqressiya və işğaldan əl çəkməli olduğunu bildirib.

Ona görə də bu gün Mixail Qusmanın Azərbaycan ordusuna aid yardım fonduna 50 min dollar ianə etməsi gözlənilməz hadisə deyil. Adam lap gəncliyindən gerçək bir vətənpərvərdir. Kaş digər bakılı milyarderlər də onun qədər səxavətli və patriot olaydılar. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar