Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal daşınmaz əmlak bazarında böhran 2022-ci ilədək davam edə bilər

2021-ci ildə iqtisadi artımın bərpası beynəlxalq şirkətlər üçün əsas ssenari olsa da, qlobal daşınmaz əmlak bazarının maksimum azalması yalnız gələn ilin sonunda, bərpası isə 2022-ci ildə gözlənir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Cushman & Wakefield" konsaltinq şirkətinin analitik hesabatında deyilir.

Şirkətin analitiklərinin proqnozuna görə, çox güman ki, əksər şirkətlərin IV rüb üzrə nəticələri gözləniləndən daha pis olacaq. Bunun ardınca aktivlərin kütləvi yenidən qiymətləndirilə və uzanmış qlobal tənəzzüllə nəticələnə biləcək 2021-ci il üçün strategiyalar nəzərdən keçirilə bilər.

Hesabatda deyilir ki, bir çox ölkədə təyin olunan sıfır faiz dərəcələri iqtisadiyyatı stimullaşdırmaq üçün artıq əlavə mənbənin olmadığını göstərir.

Daşınmaz əmlak bazarının problemi yalnız aşağı məhsuldarlıq deyil, həm də COVID-19 pandemiyası səbəbindən kommersiya tipli daşınmaz əmlakın iqtisadi modellərindəki fundamental dəyişikliklərdir. Məsələn, 2021-ci ildə qlobal ofis əmlak bazarında məşğul olmuş sahələrin 9,6 mln. kv. metr azalacağı gözlənir. Boş ofis sahələrinin payı isə 10%-dən 15%-dən artacaq. "Cushman & Wakefield" dünyada ofislərə tələbatın tam miqyaslı bərpasını 2022-dən tez olmayacağını gözləyir.

pia.az 


Etiket: Əmlak bazarı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar