Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qərb dövlətləri çox utandırıcı və riyakar mövqe sərgiləyirlər” - Politoloq

Qərb dövlətlərinin, xüsusən də Minsk Qrupu ölkələrinin sərgilədikləri mövqe Qarabağda gedən prosseslərə adekvatdır?..

Politoloq: “Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin mandat verdiyi ATƏT və onun yaratdığı Minsk qrupunun davranışları, verdikləri bəyanat, açıqlamalar prosesə adekvat deyil”.

“Qərb ölkələri tərəfindən verilən bəyanatlar hərbi əməliyyatları dayandırmaqla ermənilərin indiyə qədər əldə etdiyi hərbi uğurların saxlanılmasına və status-kvonun qorunub saxlanılmasına xidmət edir. Yəni hazırkı status-kvonun qorunub saxlanılmasında bütün beynəlxalq təşkilatlar və güclər öz siyasi iradələrini ortaya qoydular”.

Bu sözləri politoloq Natiq Miri Dağlıq Qarabağda gedən müharibəyə beynəlxalq aləmin, o cümlədən Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanın sərgilədiyi mövqeyi PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi artəq 6 gündür ki Qarabağda döyüşlər gedir. Müharibə başlayandan sonra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bəyanatlar verdilər. Məsələn ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda şiddəti pisləyərək, tərəfləri zorakılığı dayandırmaq və silahlı ritorikadan çəkinməyə çağırıb .

ABŞ Dövlət Departamentinin nümayəndələri hər iki ölkənin liderləri ilə əlaqə saxlayaraq onlara döyüşləri təcili olaraq dayandırmağa və danışıqları mövcud kanallar vasitəsilə tənzimləməyə çağırıblar, məlumatda deyilirdi.

Bundan əvvəl BMT Baş katibi António Guterres də toqquşmaları dayandırmağa çağırmışdı.

Eyni bəyanatlar Kremldən və Yelisey sarayından da səsləndirilməkdədir. Maraqlıdır ki, gözləntilərin əksinə olaraq Ermənistanın təcəvüzkar mövqeyi Rusiya tərəfindən deyil, prezident Makronun simasında Fransa tərəfindən müdafiə olunur.

Dünən isə Minsk qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Faransa prezidentləri birgə bəyanat yayaraq atəşi dayandərmağı tələb ediblər. Prezidentlər həmçinin tərəfləri ön şərt olmadan təcili danışıqlara başlamağa dəvət ediblər.

Hazırda Dağlıq Qarabağda gedən müharibəyə beynəlxalq aləmin, o cümlədən Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanın sərgilədiyi mövqeyi necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bir təşkilat özünün qəbul etdiyi qətnaməni gözardı edirsə, bu artıq hansısa geosiyasi maraqlardan xəbər verir”.

Bütün xristian dünyasının Ermənistanı Azərbaycanın əlindən xilas etmək istədiyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Qərb ölkələri tərəfindən verilən bəyanatlar hərbi əməliyyatları dayandırmaqla ermənilərin indiyə qədər əldə etdiyi hərbi uğurların saxlanılmasına və status-kvonun qorunub saxlanılmasına xidmət edir:

“Əlbəttə ki, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin mandat verdiyi ATƏT və onun yaratdığı Minsk qrupunun davranışları, verdikləri bəyanatlar, açıqlamalar prosesə adekvat deyil. Çox utandırıcı və riyakar bir mövqe ortaya qoyulub. Bu da beynəlxalq hüququ görməzdən gəlmək anlamına gəlir.

Bildiyimiz kimi BMT-nin Təhlükəsizlik Şurasında Qarabağla bağlı 4 qətnamə qəbul olunub. Bu qətnamə erməni ordusunun bilvasitə qeyri-şərtsiz işğal olunmuş ərazilərdə çıxmasını tələb edirdi. Amma indi döyüşləri dərhal dayandırılması və atəşkəsin elan edilməsi tələb olunur. Bu da riyakarlıqdan başqa bir şey deyil. Bir təşkilat özünün qəbul etdiyi qətnaməni gözardı edirsə, bu artıq hansısa geosiyasi maraqlardan xəbər verir. Belə çıxır ki, bütün xristian dünyası Ermənistanı Azərbaycanın əlindən xilas etmək istəyir.

Natiq Miri: “İndiki vəziyyətdə beynəlxalq hüquq tamamilə gözardı edilir”.

Düşünürəm ki, Qərb ölkələri tərəfindən verilən bəyanatlar hərbi əməliyyatları dayandırmaqla ermənilərin indiyə qədər əldə etdiyi hərbi uğurların saxlanılmasına və status-kvonun qorunub saxlanılmasına xidmət edir. Yəni hazırkı status-kvonun qorunub saxlanılmasında bütün beynəlxalq təşkilatlar və güclər öz siyasi iradələrini ortaya qoydular. Bu faktın özü onu göstərir ki, həqiqətən də indiki vəziyyətdə beynəlxalq hüquq tamamilə gözardı edilir. Buna görə də Azərbaycan BMT-nin nizamnaməsindəki 51-ci maddədən istifadə edərək öz müdafiə haqqını yerinə yetirir və Azərbaycanın bu haqqı müqəddəsdir. Digər dövlətlərin də müdafiə olunmaq haqqı müqəddəsdir. İşğalçıya qarşı mübarizə aparmaq bütün zamanlarda haqq işi olub”.

Həmçinin Natiq Miri Ermənistanın diplomatiya və təbliğat maşının qarşısında Azərbaycanın sərgilədiyi davranışları barədə olan sualımza da cavab verdi.

Məlumdur ki, bu vaxta qədər erməni təbliğatı Azərbaycan təbliğatında güclü olub. Ermənistan hər vəclə Qarabağ məlumatlarını dünya ictimaiyyətinə istədikləri kimi çatdırırdılar. Bəs indi Ermənistanın diplomatiya və təbliğat maşının qarşısında Azərbaycanın sərgilədiyi davranışlar yetərlidirmi?

Sualımıza cavab olaraq politoloq Azərbaycanın internet məkanında müəyyən məhdudiyyətlərin yaradılmasını müsbət hal kimi dəyərləndi:

“Düşmənin hücumuna qarşı əks-hücum əməliyyatı başladıqdan sonra Azərbaycanın internet məkanında müəyyən məhdudiyyətlər yaradıldı. Sosial mediaya girişdə məhdudiyyətlər qoyuldu. Bəziləri bunun demokratiya adına uyğun olmadığı iddia etdilər. Amma düşünürəm ki, bu, müharibə şəraitində çox doğru addımdır. Çünki əksər vətəndaşlarımız müharibə şəraitində davranışlarını bilmir. Bəziləri məsuliyyətsizlik nümayiş etdirərək hansısa şəkilləri çəkib dezinformasiya yayırlar. Bu da Azərbaycan cəmiyyətində müxtəlif təsirlər yaradırdı.

Natiq Miri: “Bütün dünya mediasında, hətta Ermənistanı dəstəkləyən bir neçə dövlətlərin mediasında Azərbaycanın haqlı səsi yer almaqdadır”.

Paralel olaraq bütün dünya mediasında, hətta Ermənistanı dəstəkləyən bir neçə dövlətlərin mediasında Azərbaycanın haqlı səsi yer almaqdadır. Qərb dünyasından tutmuş Yaxın Şərq ölkərində, hətta Rusiya medianda da bu cür yazılar dərc olunur. Bu da informasiya baxımından müsbət haldır. Demək ki, hakimiyyət informasiya müharibəsi sahəsindəki çatışmamazlıqları ortadan qaldırmağa çalışır. Həmçinin də Türkiyə ilə birgə yaradılmış yeni media platforması özünü həqiqi mənada doğrultdu. Gecə-gündüz Türkiyə mediası Azərbaycan həqiqətlərini yayamaqla məşğuldurlar. Ayrıca erməni ordusunun Azərbaycanın mülki əhalisini, yaşayış məntəqələrini necə hədəf aldıqlarını obyektiv şəkildə bütün dünyaya nümayiş etdirirlər.

Bu faktın özü də göstərir ki, Azərbaycan müharibədən öncə informasiya savaşına çox ciddi hazırlaşıbb. Buna görə də hazırda beynəlxalq ictimai fikir Azərbaycanın xeyrinə işləməkdədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar