Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Ermənistan israrla yaydığı feyk xəbərlərlə Türkiyəni bu münaqişəyə cəlb etmək istəyir. Görünən odur ki, işğalçı ölkə cin misdən qorxan kimi Türkiyədən qorxur. İndi çoxlarını bir sual düşündürür, görəsən, Rusiya sonadək neytral qalacaqmı? Bu müharibənin Türkiyə və Rusiya arasındakı gərginliyə səbəb olma ehtimalı varmı?

Tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, artıq Paşinyanın sonu yaxındadır və Rusiya da onun getməsində maraqlı olmaqla yanaşı Türkiyə ilə qarşıdurmaya getməkdən çəkinəcək: "Ermənistanın belə yalan xəbərlər yaymasının bir səbəbi var və onlar israrla bütün səviyyələrdə bu müharibədə Türkiyənin iştirakını deməklə çalışırlar ki, bu müharibəyə başqa ölkələri də cəlb etsinlər. Onun biri Rusiyadır, ikncisi də Türkiyədir. Bu gün Ermənistan parlamentində artıq Rusiyadan yardım istənməsi məsələsi dilə gətirilib. Onlar Türkiyəyə böhtan ataraq Rusiyanı bu münaqişəyə daxil etmək üçün yollar axtarırlar. F-16-nın guya Su-25-i vurması dezosunu yaymaqla cəfəng təşəbbüsdə bulunurlar. Təbii ki, bu yalana heç kəs inanmaz. O cümlədən elə Rusiyanı özü də. Amma Rusiyanı konfliktə cəlb etməyə bu dəfə müyəssər olmayacaqlar. Paşinyanın "Rossiya1" kanalında çıxışı da bu istiqamətdə qurulmuşdu və gülünc vəziyyətə düşməsini də bütün dünya gördü. O konkret suallara cavab vermək əvəzinə guya Suriyadan Azərbaycana "köməyə gəlmiş" adamların mağazalarda araq satılmasına etiraz etməsindən danışdı. Heç dəxli var? Demək istəyir ki, xarici ölkələrdən muzdlu əsgər gətirmişik. Azərbaycan prezidentinin eyni proqramda söylədiyi kimi, Azərbaycanın başqa yerdən muzdlu adamlar gətirilməsinə ehtiyacı yoxdur. Yetərli qədər ehtiyatda savaşacaq hərbçi mütəxəssislərimiz var. Könüllülərimizin də sayı - hesaabı yoxdur. Bu Vətən müharibəsidir. Ermənilər üçün o torpaqlar sadəcə olaraq ərazidir, bizim üçün isə Vətən! Bu anlayışı ermənilər dərk edə bilməzlər. Şuşanın Azərbaycan Türkü üçün nə demək olduğunu onlar anlamazlar. Belə olmasaydı, ölkədə qismi deyil, ümumi səfərbərlik elan olunardı. Əksinə, Ermənistan öz televiziyalarında dünyanın müxtəlif ölkələrindən gətirdiyi erməniləri açıq göstərir... Bu gün Ermənistan məxsus Sivilnet saytında Daşnak partiyasının xaricilərdən ibarər hərbi könüllüləri ilə reportajı verilirdi. Muzdlu terroristlər ermənilərə lazımdır. Bizim kifayət qədər ehtiyatda vətənpərvər oğullarımız var və onlar göz qırpmadan döğma Vətənimiz üçün öldürməyə getməyə hazırdırlar. Paşinyan kimiləri dünyanı, o cümlədən Rusiyanı yenə aldatmaq istəyir. Məgər Rusiya bilmir ki, bu müharibədə Türkiyənin iştirakı nə səviyyədədir. Paşinyan Naxçıvanda Türkiyənin hərbi birliklərindən danışır və qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər. Bəli, Rusiya bu dəfə Ermənistana dəstək vermir. Bu təəccüblü də olsa faktdır. Məncə Paşinyanın hakimiyyətinin sona çatmasına Rusiya ikiəlli razıdır və neytrallığını qorumaqla Ermənistanla bağlı və konkret şəkildə Paşinyanla bağlı planını yerinə yetirmək istəyir. İkinci tərəfdən Rusiya bu münaqişədə ona görə tərəfsiz qalır ki, artıq sahədə heç bir gücü hesaba almayan Türkiyə var və onunla hesablaşmaq zorundadır. Türkiyə bu münaqişəyə o zaman daxil ola bilər ki, Rusiya Ermənistanın tərəfini tutsun. O zaman geniş miqyaslı müharibə alaovlana bilər və bu, indiki halda Rusiyaya heç gərək deyil. Və həm də onun nəticələri Rusiya üçün ağır ola bilər. Bəli, Rusiya atəşkəsin dayandırılması çağırışları edir və bundan sonra da edəcək. Biz isə bunun bizim milli maraqlarımıza və dövlətimizin təhlükəsizliyinə nə dərəcədə cavab verəcəyinə baxmalıyıq. Kim bu tarixi fürsəti əldən qaçırar? Qisası qiyamətəmi buraxmalıyıq? Bizim öz ərazimizdə erməni quldur dəstələrini məhv etməliyik və Ermənistanın ordu olaraq varlığına son verməkdən başqa çarəmiz qalmamışdır. Azərbaycanın antiterror əməliyyatları aparmaqdan başqa seçənəyi qalmamışdır. Paşinyan indi yalvarır, danışıqlardan, onun içəriyindən danışmağa başlayır. Bu, timsahın göz yaşlarıdır. Buna biz inanmırıq. Belə bilirəm dünya da bunu anlamışdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar