Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli silahlı Lukaşenko xalqa hansı mesajları ötürməyə çalışır?

Politoloq: “Aleksandr Lukaşenkonun silahla cəmiyyət qarşısına çıxmaqla Belarus xalqına heç nədən çəkinməyəcəyinin, hətta lazım olarsa, zor tətbiq edəcəyinin mesajını verir”

“Belarusda proseslərin dağıdıcı deyil, sülhlə getməsinin yeganə yolu mütləq mənada Lukaşenko hakimiyyəti ilə müxalifətin, bütövlükdə Belarus cəmiyyətinin dialoqudur”.

Bu sözləri politoloq Natiq Miri Belarus prezidenti Aleksandr Lukaşenkonun etiraz edən xalqın qarşısına silahla çıxmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Belarus prezidenti Aleksandr Lukaşenko artıq ikinci dəfədir ki, etiraz edən böyük xalq kütləsinin qarşısına tama yaraqlanmış və əlində avtomatla çıxır. Bundan başqa Lukaşenkonun hadisə yerindən fotosunu prezidentin mətbuat katibi Natalya Eysmont mətbuat nümayəndələrinə də göndərib.

Daha əvvəl etirazlarla üzləşən digər prezidentlər özlərini bu şəkildə aparmırdılar. Lukaşenkonun bu davranışları psixoloji və siyasi cəhətdən necə dəyərləndirmək olar və əlində avtomatla xalqın qarşısına çıxan prezident əslində xalqa hansı mesajları ötürməyə çalışır?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Cəmiyyətə silahla cavab verməkdənsə, dialoq mesajı vermək daha uyğun olardı”.

Həm Şərqi Avropada, həm də Rusiyanın özündə Belarusun bəzi ərazilərinə iddiaların mövcud olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu baxımdan indiki ən mürəkkəb geosiyasi vəziyyətdə Belarusun yeganə çıxış yolu dialoqdur. Politoloqa görə xalq etirazına qarşı silahla cavab vermək Belarus üçün çıxış yolu deyil:

“Aleksandr Lukaşenkonun silahla cəmiyyət qarşısına çıxmaqla Belarus xalqına heç nədən çəkinməyəcəyinin, hətta lazım olarsa, zor tətbiq edəcəyinin mesajını verir. Çünki Lukaşenko anlayır ki, bu təkcə Belarus ictimaiyyətinin etirazı ilə deyil, bütövlükdə Qərb dünyası, eyni zamanda Rusiyanın da geosiyasi maraqlarını özündə ehtiva edən etirazla qarşılaşıb. Buna görə də Lukaşenko belə rahatlıqla istefaya gedəməyəcəyi mesajını verir. O silahla da bir növ cəmiyyətə göz dağı verməklə, hakimiyyətin maraqları kontekstində danışıqlara başlamağı təklif edir.

Doğrudur, bu danışıqlar çərçivəsində konkret hansı tərəfin olacağı, xüsusilə də konstitusiyada hansı dəyişikliklərin ediləcəyi və bunların siyahısı dəqiq bildirilmir. Ancaq hər bir halda düşünürəm ki, cəmiyyətə silahla cavab verməkdənsə, dialoq mesajı vermək daha uyğun olardı. Çünki bütün diktaturların aqibətinin o qədər də xoş olmadığını biz Liviyada Qəddafinin və yaxud da Rumıniyada Çauşeuskunun acınacaqlı taleyini də görmüşük. Buna görə də Belarusda proseslərin dağıdıcı deyil, sülhlə bitməsinin yeganə yolu mütləq mənada Lukaşenko hakimiyyəti ilə müxalifətin, bütövlükdə Belarus cəmiyyətinin dialoqudur.

Natiq Miri: “Həqiqətən də proseslər dağıdıcı gedərsə, ayrıca başqa xarici ölkələr, o cümlədən Rusiyanın hərbi müdaxiləsi baş verərsə, bu uzun illər Ukraynada olduğu kimi Belarusda da acınacaqlı hadisələrə gətirib çıxaracaq”.

Xüsusilə konstitusiyada dəyişikliklər və bu dəyişikliklər çərçivəsində yeni prezident seçkilərinin vaxtının müəyyənləşməsi ilə dialoq baş tutarsa və razılıq əldə olunarsa, Belarus dağıdıcılıq prosesindən qurtula, inkişaf yolu ilə qansız olaraq gələcək perspektivdə siyasi hakimiyyəti ötürülməsini təmin edə bilər. Yox əgər həqiqətən də proseslər dağıdıcı gedərsə, ayrıca başqa xarici ölkələr, o cümlədən Rusiyanın hərbi müdaxiləsi baş verərsə, bu uzun illər Ukraynada olduğu kimi Belarusda da acınacaqlı hadisələrə gətirib çıxaracaq. Bu da gələcək perspektivdə Belarusun parçalanmasına gətirib çıxara bilər.

Məlumdur ki, həm Şərqi Avropada, həm də Rusiyanın özündə Belarusun bəzi ərazilərinə iddialar mövcuddur. Bu baxımdan indiki ən mürəkkəb geosiyasi vəziyyətdə Belarusun yeganə çıxış yolu dialoqdur. Yoxsa ki, silahla cavab vermək Belarus üçün çıxış yolu deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar