Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş infeksionist: "Koronavirusdan sağalmış şəxs ona ikinci dəfə yoluxa bilər"

Koronavirusdan sağalmış şəxs ona ikinci dəfə yoluxa bilər.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hələlik Azərbaycanda belə bir şey baş verməyib:

“Ümumiyyətlə yoluxucu xəstəliklərin hamısında ikinci dəfə yoluxma mümkündür. İnsan əgər xəstəliyə yoluxdusa, onda bu xəstəliyə qarşı immunitet yaranır. Elə yoluxucu xəstəliklər var ki, sağaldıqdan sonra ona qarşı yaranan immunitet davamlı olur, ancaq buna baxmayaraq belə infeksiyalara qalib gəlmiş şəxslərin təkrar eyni xəstəliyə yoluxması mümkündür. Lakin təkrar yoluxma halında xəstəlik yüngül keçir, güclü bir ağırlaşma müşahidə olunmur. Bəzi infeksion xəstəliklərdə isə immunitet qısa müddətli, məsələn, 6 ay olur. Biz hələlik koronavirus barədə bir çox şeyi bilmirik. Yaranan immunitetin qüvvəsi nə qədərdir, neçə müddət bizi qoruya biləcək? Təbii ki, hətta davamlı immunitet yaransa belə, bütün infeksiyalarda olduğu kimi koronavirusa təkrar yoluxma mümkündür. Ancaq hələlik Azərbaycanda belə bir şey baş verməyib”.

C.İsayev məktəblərin açılması ilə bağlı səsləndirilən təkliflərdən də danışıb. Onun sözlərinə görə, yeni tədris ilinin başlanılması ilə bağlı verilən tövsiyə və göstərişlərə əməl olunmalıdır.

pia.az 


Etiket: Cəlal İsayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar