Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb - Foto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi işə düzəltmək adı ilə vətəndaşları aldadıb onlardan pul almış Həsənov Elçin Əmir oğlunu və onunla əlbir olan “Azneft” İstehsalat Birliyində yardımçı fəhlə işləyən Yaşar Babayevi yaxalayıb.

Bu barədə Təhlükəsizlik İdarəsindən məlumat verilib.

Məlumata görə, özünü SOCAR-ın Baş ofisinin əməkdaşı kimi qələmə verən E. Həsənov saxta vakansiya məlumatları əsasında müxtəlif şəxslərə, o cümlədən, Bağırov Nicat İdrak oğlu və Qarayev Elşən Tahir oğluna, onları şirkətin strukturlarında fəhlə kimi işə düzəltməyi təklif edib, bunun müqabilində həmin şəxslərin hər birindən 1 000 manat pul alıb.

“Daha sonra aldatdığı şəxsləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin işçisi olduğuna inandırmaq istəyən E. Həsənov onlarla birlikdə Departamentə gələrək inzibati binaya daxil olmağa çalışıb. Burada özünü polis əməkdaşı kimi təqdim edən E.Həsənovun şübhəli hərəkətləri mühafizəçilərin diqqətini cəlb edib və onlar bayırda onu gözləyən şəxslərlə söhbət edərək fırıldağın üstünü açıblar. E.Həsənov, N.Bağırov və E.Qarayev Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Beləliklə, SOCAR-ın Təhlükəsizlik İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində bu qəbildən növbəti fırıldaqçılıq əməlinin qarşısı alınıb.

SOCAR-da işə qəbulu mərkəzləşdirilmiş qaydada Baş ofisin İnsan Resursları Departamenti müsabiqə əsasında həyata keçirir. Vakansiyalar barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir, elan edilən vakansiya şərtlərinə uyğun bilik və bacarığı olan, müsahibə zamanı bunu nümayiş etdirən şəxslər işə qəbul olunur. Bir daha vətəndaşlara müraciət edərək, SOCAR-da işə qəbul olunmaq üçün hər hansı vasitəçilər tapmağa ehtiyac olmadığını bildirir və onları belə fırıldaqçıların toruna düşməməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Ən çox oxunanalar