Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə siyasətində ABŞ kölgəsi: Gülü namizəd edən Bayden idi?..

Bu gün Türkiyə üçün ən böyük təhlükə ABŞ-da iqtidarda olan xaçlı-sionist ittifaqıdır. Bayden birbaşa olaraq ABŞ-ı idarə edənlərin sözçüsüdür...

Hüseyin Gülerce
“Star” qəzeti, Türkiyə, 20 avqust 2020-ci il

ABŞ-da Demokratlar Partiyasının prezident namizədi olan Co Baydenin təhqiramiz sözləri hər kəsə məlumdur. Yanvarın 19-da “New York Times” qəzetinə verdiyi müsahibədə Bayden qısaca deyib:

1. Ərdoğan mənim üçün narahatlıq mənbəyidir. Ərdoğana bir əvəz ödətməliyik.

2. Ərdoğana qarşı müxalif liderlərlə birbaşa əlaqələr quraraq onları təşviq etməli və dəstəkləməliyik. Onlar Ərdoğanı məğlub etməlidirlər. Amma çevrilişlə deyil, seçki prosesi ilə...

3. Kürd cəmiyyətini inteqrasiya etdirib, Parlamentdə gücləndirməliyik.

Bayden tam da Amerika imperializminin müasir nümayəndəsi kimi danışır. 1968-ci ildə “Evə qayıt Amerika” (Go home America) deyən, amma indi böyük bir hissəsi yoxa çıxan gəncləri xatırlamaq lazımdır.

Bu gün Türkiyə üçün ən böyük təhlükə ABŞ-da iqtidarda olan xaçlı-sionist ittifaqıdır. Bayden birbaşa olaraq ABŞ-ı idarə edənlərin sözçüsüdür. Danışdığı sözlər çevrilişə təhrik etmək, qeyri-demokratik müdaxilələrə yol vermək və beynəlxalq qanunlar baxımından cinayətdir. Onun əsas dəstəklədiyi Türkiyədəki müxalifət partiyaları olsa da, xüsusilə CHP Baydenə layiq olduğu cavabı vermədi. “7 ay əvvəl deyilən sözlər niyə indi gündəmə gəlir? Bunda bir iş var”, kimi düşüncə ilə mənasız bir zəmin yaratmağa çalışdılar. Əgər hakimiyyətə bunun üstünə getmədisə, bəs siz niyə buna məhəl qoymadınız?

Məsələnin yayındırılmasına icazə vermək olmaz. Bayden “çevrilişlə deyil, seçki ilə” deyərkən FETO-nun 15 iyuldakı xain çevriliş cəhdi ilə edə bilmədiyini, indi “erkən seçki ya da başqa bir yolla” etməyə çalışdıqlarını elan edib.

Baydenin dediklərini bir az daha izah edək. Ərdoğanı devirmək üçün Türkiyədəki müxalifləri təşviq edib, dəstəklədiklərini deyir. Bəs bu müxaliflər kimlərdir?

Bildiyimiz adları sayaq. Siyasi zəmində olanlar: Kamal Kılıçdaroğlu, Meral Akşener, Mithat Sancar, Temel Karamollaoğlu, Əhməd Davutoğlu, Əli Babacan və Abdullah Gül. Silahlı mübarizə zəminində isə FETÖ və PKK.

Deməli, Bayden ABŞ prezidenti seçilsə, bunları cəsarətləndirəcək və dəstəkləyəcək (FETO-nun lideri Fətullah Gülənin niyə qaytarılmadığının da bir etirafı var).

Türkiyədəki bütün hərbi çevrilişlərin ABŞ-ın əli ilə törədildiyi məlumdur. Beləliklə, Bayden prezident seçilsə, açıq şəkildə Türkiyədəki demokratiyaya, birliyə və dövlətə qarşı müharibəyə başlayacaq. Görünür, Bayden və onun arxasındakı evangelist-sionist qüvvə 15 iyuldakı mübarizəni başa düşə bilməyib.

Baydenin açıqlamalarından sonra müxalifət böyük bir qorxu içərisində qalıb. Çünki təkcə bu sonrakı addımları deyil, həm də daha əvvəl etdikləri də sorğu-sual ediləcək.

Babacan və Davudoğlunun partiya qurması Baydenlə nə qədər əlaqəlidir? Kılıçdaroğlunun Ərdoğana olan düşmənçiliyinin və FETO-nun bütün həmlələrinə verdiyi dəstəyin arxasında kimlər var idi? Gezi hadisələri, 17/25 dekabr təhlükəsizlik/məhkəmə çevrilişi cəhdi, MİT yük maşınlarının dayandırılması və Ərdoğanın düşmənlərinə verilən dəstəklə nə dərəcədə əlaqəlidir?

İstənilən halda FETO-nun xəyanətlərində ABŞ səfirliyi və konsulluq üzvlərinin adları da var. Yoxsa 24 iyun 2018-ci il tarixində keçirilən prezident seçkilərində Kılıçdaroğlu Baydenin işarəsi ilə Abdullah Gülün namizədliyini vermək istəmişdi? Meral Akşenerin bu mövzudakı etirafı da unudulmaz idi: “HDP, CHP, İYİ Partiyası və Səadət Partiyasının Abdullah Gülü ortaq namizəd kimi göstərməsi üçün mənə təklif göndərildi...”

Akşener həmin günü o təklifi kimin göndərdiyini demədi. Görəsən, o da bu gün Baydendən şübhələnirmi?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay