Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrüyün “yığımın effektivliyi” ifadəsinin arxasında nə dayanır? – “Bu, tamamilə yararsız…” 

Dövlət Gömrük Komitəsi iyul ayı üzrə hesabat açıqlayıb. Hesabatda qeyd olunur ki, 2020-ci ildə gömrük xətti ilə büdcəyə yığımların məbləği azalsa da, dövriyyəni nəzərə aldıqda yığımın effektivliyi yüksəlib.

PİA.az bildirir ki, 2020-ci ildə xarici ticarət dövriyyəsi daha kəskin azalıb. Bu ilin ilk 6 ayında (7 ayın nəticələri hələ açıqlanmayıb) Azərbaycanın xarici ticarət dövriyyəsi 34 faiz azalaraq 12 milyard 676 milyon dollar təşkil edib.

Ölkəyə idxal isə 41 faiz azalaraq 4 milyard 989 milyon dollar olub. Başqa sözlə, dövriyyə və idxal 35-41 faiz azaldığı halda gömrük yığımlarında cəmi 4,8 faiz geriləmə olub. Hesabatda azalmaların olması normaldır və koronavirus pandemiyası ilə əlaqələr dünya iqtisadiyyatı böhran keçirdiyini nəzərə alaraq, idxal-ixrac həcminin azalması gözləniləndir. Amma hesabatda əsas diqqətçəkən məqam “yığımın effektliyinin artması” ifadəsidir.

Maraqlıdır, yığımın effektivliyi nə deməkdir?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, əslində peşəkar şəxslər bunu belə qiymətləndirməzdi: “Bunun bir mənası var ki, gömrük gizli iqtisadiyyatdan açıq iqtisadiyyata keçib. Yığımın effektli artıb ifadəsi bu mənanı daşıyır ki, illərlə iqtisadi dövriyyə büdcəyə cəlb edilməyib, indi isə effektliyi artıb və büdcəyə cəlb olunur. Bunun başqa mənası yoxdur. Bu ifadə tamamilə yararsız ifadədir, peşəkar ifadəsi deyil. Belə çıxır ki, bu neçə illər ərzində effektivlik arzuolunan səviyyədə olmayıb. Elə cənab Prezident də çıxışında bu məsələyə işarə etdi.

Ümumiyyətlə, döriyyənin azalması təbii haldır. Çünki dünya iqtisadiyyatında müəyyən problemlər var. Problemin əsasının hardan gəldiyi də bəllidir. Aydındır ki, iqtisadiyyat, ticarət dövriyyəsi sıxılır. Yəni azalmalar reallığa tamamilə cavab verir. Amma eyni zamanda da bu dövr ərzində effektliyin artırılması birmənalı şəkildə yuxarıda dediyim fikirlərə dəlalət edir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Ən çox oxunanalar