Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar - Video

Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir...

Sabunçu rayonunda vətəndaşların incidilməsi, bir çox hallarda haqsızlıqla üz-üzə qoyulması halları davam edir.

Rayon rəhbərliyi harada boş torpaq sahəsi, həmçinin bir qədər köhnə bina görür ona göz tikir. Və bu minvalla sakinləri evlərindən didərgin salır. Bu zaman isə ciddi narazılıqlar baş qaldırır. Növbəti belə narazlıqlardan biri də, Sabunçu rayon Muxtarov qesebesi 9-cu medende yerleshen 148 sayli  Mənzil İstismar Sahəsinin balansinda olan binada yaşanır.

Vətəndaşların bildirdiyinə görə

İcra başçısı Adil Vəliyevin işçiləri insanların evini öz adlarına özəlləşdirir.

Bunu , “Gündəlik Bakı” ya müraciət edən Sabunçu rayonunda yaşayan məcburi köçkünlər bildirir. Onlar qeyd edirlər ki, yaşadıqları binada yerli sakinlərlə yanaşı , 10 ailə məcburi köçkün yaşayır. Binanı Sabunçu Rayon İcra Hakimiyyətinin tapşırığı ilə özəlləşdirib yerli sakinləri köçürtməklə mənzilləri öz adlarına özəlləşdiriblər, və binanın sakinlərinə isə Zabratda tikilən binada ev veriblər. Məcburi köçkülərin yaşadığı mənzilləri isə 148 saylı  Mənzil İstismar Sahəsinin rəhbərliyinin əli ilə öz qohumlarının adına keçirib qara işlər görürlər. 148 saylı  Mənzil İstismar Sahəsinin müdiri İlqar müəllimin göstərişi ilə məcburi köçkünlərə təsir edilir ki, mənzilləri boşaltmasanız hamınızı aparıb yataqxanalarda yerləşdirəcəyik.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon üzrə sektorunun rəisi Qasımov Tural Zakir oğlu ilə əlaqə saxlasaqda meselenenin onlara aidiyyatı olmadığını söylədi.Məsələ tam aydındır ki bu icra başçısı Adil Vəliyevin və  148 saylı Mənzil İstismar Sahəsinin müdiri İlqar Qasımovun oyunudur.Məsələ Pandemiyanın baş qaldırdığı bu çətin dönəmdə büdcədən milyonlarla pul silməkdir.

Ümid edirik ki,məsələyə lazımi hüquqi qiymət veriləcəkdir.

piaaz


Etiket: Adil Vəliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar