Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ən çox yoluxma halları liftlərdə qeydə alınır" – Azərbaycanlı həkim

Daha 33 tibb işçisi koronavirusa yoluxub...

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında onlardan altısı sağalaraq evə yazılıb: “Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.

G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır: “İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.

Tibb işçilərinin digər insanlardan heç bir fərqi olmadığını deyən tibb elmləri doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında bildirib ki, onlar da asanlıqla virusa yoluxa bilərlər: “Hər zaman deyərdilər ki, “həkim xəstələnməz”. Sanki, həkimləri və digər tibb işçilərini ali qüvvə sayırdılar. Amma bu gün pandemiya dövründə tibb işçiləri əsas risk qrupundadır. Çünki onlar birmənalı olaraq virusa yoluxanlarla təmasda olub xəstələrin sağalması üçün fəaliyyət göstərirlər. Həkimlərin bir çoxu stasionar şəraitində olan xəstələrlə əlaqədə olur. Əlbəttə, təcili yardım həkimləri də virusa yoluxmuş xəstələrlə kontakt qururlar. Onlar da hər zaman ön cəbhədədir. Təbii ki, təcili yardım həkimlərinin də virusa yoluxma halları baş verir”.

Həkim qeyd edib ki, stasionar şəraitdə olan xəstələrlə ünsiyyət quran həkimlər qoruyucu paltarda olduqları üçün onların virusa yoluxma ehtimalı aşağıdır: “Xəstənin yanından çıxarkən isə xüsusi geyimlərini soyunurlar. Bu paltarların çıxarılma qaydası ardıcıllıqladır. Təbii ki, stasionar şəraitdəki xəstəni müalicə edən həkimlər də virusa yoluxa bilərlər. Amma bu tibb işçilərinin koronavirusa yoluxması o qədər də çox olmur. Həkim daimi əziyyət çəkir, neçə saat hava keçirməyən paltarda olur. Belə tibb işçiləri xəstəxanada deyil, əsasən küçədə yoluxa bilər. Poliklinika həkimləri də bütün tibbi və qoruyucu avadanlıqlarla təchiz olunub. Amma klinikada çalışan həkimlərin virusa yoluxması daha çox ehtimal olunur. Yaxud evə buraxılan xəstəyə baş çəkməyə gedən həkim də virusa yoluxa bilər. Ən çox yoluxma halları liftlərdə qeydə alınır. Bilmirik ki, bizdən öncə liftdən kimlər istifadə edib”.

pia.az


Etiket: COVİD-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar