Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

190 manatla bağlı mühüm açıqlama

Nazirlər Kabineti tərəfindən sərtləşdirilmiş karantin bölgələrində yaşayan əhaliyə 190 manatın verilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıqlar verilib...

Artıq nazirlik tərəfindən elektron sistemdə yardım alacaq vətəndaşların məlumatlarının dəqiqləşdirilməsi prosesi başlanıb.

Bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.

Millət vəkilinin sözlərinə görə, yardımların yaxın zamanda vətəndaşların hesabına köçürülməsi prosesinə başlanacaq: “Nəzərə alsaq ki, nazirlik tərəfindən bütün proseslər elektronlaşıb, etiraf etmək lazımdır ki, nazirlik bu üsulla həm şəffaflığı təmin edir, həm də vaxta qənaət edir. Güman edilir ki, yaxın zamanlarda nazirlik tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanacaq. Artıq nazirlik bütövlükdə prosesə start verib. Elektron bazada olan məlumatların dəqiqləşdirilməsi baş tutduqdan sonra vəsaitin köçürülməsi mərhələsinə keçiləcək. Yardım üçün artıq vəsait ayrılıb. Yardımların ödənilməsində hər hansı maliyyə çətinliyi yoxdur”.

V.Bayramov qeyd edib ki, yardım kartı zədələnən, itən vətəndaşlar onu götürdükləri bank şöbələrinə yaxınlaşmalıdırlar: “Kartın itməsi, zədələnməsi vətəndaşın hesabının bağlanması anlamına gəlmir. Onlar aldıqları banka yaxınlaşıb kartı bərpa edə və ya hesabdakı məbləği çəkə bilərlər”.(Publika.az)

pia.az


Etiket: 190 manat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar