Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən çox tender qazanan şirkətin 7 milyon manatdan çox vergi borcu var - Fotofakt

2019-cu ildə qazanılan dövlət satınalmalarında lider olan “İnpeks.N” MMC-nin dövlət büdcəsinə 7 milyon manatdan çox vergi borcu var...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, şirkət bu günə qədər 7 milyon 263.9 min manat məbləğində vergi ödəməyib.

Bu il “İnpeks.N” MMC dövlət sturkturları ilə işlərin həyata keçirilməsinə dair yalnız bir müqavilə bağlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarından biri bu şirkətə şəhərdəki yaşayış binalarının təmirini tapşırıb. Bu ilin mart ayında bağlanmış müqavilənin dəyəri 19 985 998 manat (11 756,4 min ABŞ dolları) təşkil edib.

Dövlət satınalmaların vahid elektron portalı 2019-cu ildə “İnpeks.N” MMC-ə verilən azı 230 satınalma müqaviləsi barədə məlumat verir. Bu o deməkdir ki, şirkət demək olar hər gün ən azı bir dövlət satınalma prosedurunu qazanıb.

Turan İA-nin hesablamalarına görə, bu müqavilələrin ümumi dəyəri 67 941 142 manat (39.9 milyon dollar) təşkil edib.

Şirkət yol təmirindən ehtiyat hissələrin alınmasına qədər geniş profilli işlər həyata keçirib.

“İnpeks.N” MMC 2013-cü ildə direktoru İntiqam Ramazanovun mənzilində qeydiyyata alınıb. Bu şirkətin ofisinin yeri barədə heç bir məlumat yoxdur.

Sertifikatlaşdırma orqanının məlumatına görə, şirkət bəzi növ ofis mebelləri istehsalçısı və idxalçısıdır.

45 yaşlı İ.Ramazanov daha iki şirkətin direktorudur: “Kaspian Təchizat İstehsalat” MMC (2009) və “Musaoğlu” MMC (2003).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Ən çox oxunanalar