Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəza çəkməkdən boyun qaçıran 206 nəfərə daha ağır cəza verilib

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir... 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 5 ayı ərzində 18 mini ötüb.

Qeyd olunub ki, onlardan 4 800-ə yaxın azadlığın məhdudlaşdırılması, 6 000-dən çox cərimə, islah və ictimai işlər, 2 300 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 2 400 şərti məhkum edilib və 156 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir.

"Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1 200-ə yaxın, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 406 nəfər təşkil edir.

Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir.

Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 3 900-dən çox şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılmışdır. Onlardan cəza çəkməkdən boyun qaçıran 206 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 82 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub", -deyə məlumatda qeyd olunub.

pia.az 


Etiket: Məhkum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ən çox oxunanalar