Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Maskanın taxılmamasına görə tətbiq edilən cərimə gülüncdür" - Əli İnsanov

“İnsanların 80 faizində koronavirus var”...

"Koronavirus yeni deyil, 40-a yaxın növü var. İlk dəfə 1965-ci ildə respirator xəstəlik keçirmiş insanda aşkarlanıb. Axtarsaq, görərik ki, bu xəstəlik insanların çoxunda var. Bəlkə də əksəriyyətində... Testlər insanların 80 faizində anti-telləri aşkar edir. Moskvada araşdırma aparılıb, bir müəssisənin əməkdaşları yoxlamadan keçiblər, onların 34 faizinin özləri də bilmədən bu xəstəliyə yoluxduqları məlum olub. Onlarda koronavirusun anti-tellərini tapıblar. Deməyim odur ki, xəstəlik yüngül və ağır formada keçə bilər. Bu xəstəlik bəzən hiss edilmir. Bunu qriplə eyniləşdirmək düzgün deyil. Qrip gün ərzində 10 nəfəri, koronavirus isə çox təhlükəli virusdur, 30-40 nəfəri yoluxdurur”.

Bunu Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov deyib.

"Bir məsələni də qeyd edim, XIV əsrdə taun pandemiya olub. Bu, Avropada 25 milyon insanın həyatına son qoyub. Müxtəlif mənbələrdə qeyd olunur ki, Avropanın 60 faizi tələf olub. Koronavirusa yoluxanların isə heç bir faizi də dünyasını dəyişməyib. Bu virusa yoluxanların sayı 7 milyondan artıqdır, 400 mini dünyasını dəyişib. Düzdür, təhlükəli virusdur, amma geniş vüsət ala bilmir. Biz bundan arxayınlaşmamalıyıq. Azərbaycan həyata keçirilən tədbirlər də bu cür olmamalıdır, insanlara sərbəstlik verilməlidir. Maskanın taxılmamasına görə tətbiq edilən cərimə gülüncdür, bu, hüquqlarımızı pozur. Kütləvi toplaşmağın təhlükəli olduğunu başa düşürük...Bu işin başında həkimlər durmalıdır, Nazirlər Kabineti də köməkçi rolunu oynamalıdır” – Ə.İnsanov qeyd edib.(Pravda.az)

pia.az

 


Etiket: Əli İnsanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar