Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski karantin qaydalarını pozduğuna görə cərimələndi

Ukrayna Prezidenti Vladimir Zelenski Xmelnitski vilayətinə işgüzar səfəri zamanı karantin məhdudiyyətləri rejimini pozduğuna görə cərimələnib...

PİA.az xəbər verir ki, Vladimir Zelenski bu barədə Çerniqov şəhərində KİV nümayəndələri ilə görüşü zamanı deyib. Əlavə edib ki, onu cərimələyənlər prinsipcə haqlıdırlar.

Agentliyin məlumatına görə, Ukrayna Prezidenti iyunun 3-də Xmelnitski vilayətindəki kafedə olub. Kafenin daxilində onunla eyni masada beş nəfər, o cümlədən prezident Ofisinin sədr müavini Sergey Trofimov, dövlət vilayət administrasiyasının sədri Dmitri Qabinet, Xmelnitskinin meri Aleksandr Simçişin və baş sanitar həkimi Viktor Lyaşko qəhvə içib.

Həmin vaxt hökumət iaşə obyektlərində qapalı məkanlarda xidmət göstərilməsi üzrə fəaliyyəti qadağan etmiş, həmçinin eyni masa arxasında yalnız dörd nəfərədək insanın oturmasına icazə verilmişdi.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, tərtib olunmuş protokollar məhkəməyə göndəriləcək. Karatin rejimini pozanları 17 min qrivendən 34 min qrivenədək (638 dollardan 1276 dollaradək) cərimə gözləyir. Vladimir Zelenski cəriməni ödəməyə hazır olduğunu bildirib. (Modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar