Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Əliyev BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısının müavini ilə görüşdü - Foto

İyunun 4-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısının müavini Emanuela Bertinqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb...

Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasında əlaqələrin tarixindən danışılıb. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu beynəlxalq qurumla münasibətlər daha da genişlənmiş, yeni müstəviyə qədəm qoymuşdur. Söhbət zamanı komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyəti, itkin düşmüş şəxslərin məsələlərinin diqqət mərkəzində saxlanması, eləcə də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyinin qorunması və onlara yardım göstərilməsi sahəsində gördüyü işlər barədə fikir mübadiləsi aparıldı.

Milli Məclis Sədrinin müavini Adil Əliyev Ermənistanın Azərbaycana təcavüzü, əzəli torpaqlarımızın zəbt olunması nəticəsində 1 milyondan çox soydaşımızın məcburi köçkün olmasını, Ermənistanın apardığı təcavüzkar siyasətin İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərinə zidd olmasını qonaqların diqqətə çatdırdı. Bununla yanaşı, vitse-spiker 2014-cü ildə Azərbaycanın tarixi torpağı olan Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsassız olaraq tutulması, hazırda qondarma rejim tərəfindən həbsdə saxlanması, onlarla qeyri-insani rəftar olunması barədə narahatçılığını da dilə gətirdi.

Söhbət zamanı qonaqlara itkin düşmüş şəxslərlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər, Milli Məclisdə hazırlanan qanun layihələri barədə məlumat verildi, bu sahələrdə birgə əməkdaşlığın əhəmiyyətindən danışıldı.(Pravda.az)

Fotoları təqdim edirik

pia.az


Etiket: Adil Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar