Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ağır günlərdə QHT-lər niyə ortalarda görünmür?

Vətəndaş cəmiyyətlərinin hazırkı vəziyyətdə susqunluğu və həm də durğunluğu nəylə izah olunmalıdır?..

Millət vəkili: “QHT-lərlə bağlı yürüdülən yanlış siyasət QHT-lərin mövqeyini müəyyən dərəcədə zəiflətdi”.

Azərbaycanda QHT-lərə dövlət dəstəyi kifayət qədər nəzərdə tutulur, amma dəstəyin əlçatanlığı məsələsində ciddi problemlər yaşanır”.

Bu sözləri millət vəkili Fazil Mustafa ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan QHT-lərinin rolunun hiss olunmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan QHT-lərinin rolu demək olar ki, hiss olunmur. Normalda pafoslu və ucuz vətənpərvər, eyni zamanda heç bir şeyə yaramayan layihələrlə QHT-lər hamının gözünə girməyə çalışardılar. İndi isə dövlətin və xalqın doğrudan onlara ehtiyacları olduğu halda ortalarda görünmürlər.

Ümumiyyətlə Azərbaycanda uzun illər boyu dövlətin pulunu yeyən vətəndaş cəmiyyətlərinin hazırkı vəziyyətdə susqunluğu və həm də durğunluğu nəylə izah olunmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın fikirlərini öyrənib.

Fazil Mustafa: “QHT-lərin səlahiyyətlərini məhdudlaşdırıcı bütün addımlardan artıq imtina edmək lazımdır”.

Vətəndaş cəmiyyəti institutlarına sərbəstliyin verilməli olduğunu düşünən millət vəkili POA.az-a açıqlamaslnda bildirib ki, onların daha geniş əlaqələr qurmasına, müəyyən layihələrin həyata keçirilməsi üçqn qrantlar əldə etmələrinə imkan yaratmaq lazımdır. Çünki onlar əhalinin digər təbəqələləri ilə müəyyən ciddi layihələr həyata keçirərək vətəndaş cəmiyyətinin yenilənməsi prosesini canlandıra bilərlər:

“Əslində son ilıər QHT-lərlə bağlı yürüdülən yanlış siyasət QHT-lərin mövqeyini müəyyən dərəcədə zəiflətdi. Onların vətəndaşlarla əlaqəsini xeyli azaltdı. Bu QHT-lərin özünün işini də çətinləşdirdi.

Düşünürəm ki, QHT-lərin günahlandırılması yanlışdır. Ötən illərdə QHT-lərin qeydiyyatdan keçirilməsi hədsiz dərəcədə çətinləşdirilib. Bu məhdudiyyətlər eyni zamanda QHT-lərin fəaliyyət sferasının həddən arrıq daralması bu gün fəaliyyət çətinliyi ortaya qoyub.

Azərbaycanda QHT-lərə dövlət dəstəyi kifayət qədər nəzərdə tutulur, amma dəstəyin əlçatanlığı məsələsində ciddi problemlər yaşanır. Bu problemlərin olmasının səbəbi də bunlardır:

1. Ya güclü bələdiyyə qrumları olmalı idi ki, bu yükü öz üzərinə götürsün.

2. Ya da QHT-lərin geniş şəbəkəsi əhalinin alt qatları ilə elə bir təmas şəkildə olmalı idi ki, bu gün bu sferaları aşmaq mümkün olsun.

Amma son illər QHT-lərin əhalinin alt qatları ilə elə bir təmas o qədər zəifləyib ki, bu bir çox məsələlərə təsir edib. Əvvəllər bunu daha çox siyasi xarakterli QHT-lərin xaricdən asılılığını azaltmaq üçün atılan addımlar kimi ifadə edirdilər. Amma ümumilikdə QHT-lərə qarşı yürüdülən siyasət vətəndaş cəmiyyətlərinin sosial fəaliyyətinə də ciddi təsir göstərdi.

Fazil Mustafa: “QHT-lərə Dəstək üzrə Dövlət Şurasının səlahiyyəti artırılmalıdır”.

Buna görə də düşünürəm ki, QHT-lərin səlahiyyətlərini məhdudlaşdırıcı bütün addımlardan artıq imtina edmək lazımdır. Vətəndaş cəmiyyəti institutlarına sərbəstlik vermək lazımdır. Onların daha geniş əlaqələr qurmasına, müəyyən qrantlar əldə etmələrinə imkan yaratmaq lazımdır ki, əhalinin digər təbəqələləri ilə müəyyən ciddi layihələr həyata keçirərək bu prosesi canlandırsınlar.

Hesab edirəm ki, QHT-lərə Dəstək üzrə Dövlət Şurasının da səlahiyyəti artırılmalıdır. Onların imkanları genişlənməlidir. Onların müəyyən dərəcədə vətəndaşla işləmək, açıq şəkildə təmas qurmaq imkamları genişlənməlidir. İndiki şəraitdə qanunvericiliyin özündə belə məhdudiyyətlər olduğuna görə QHT-lərin gerçək fəaliyyət ilə məşğul olmaq imkanları xeyli azdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: QHT-lər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay