Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: "Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik"

Bu fikirləri Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə yekun çıxışı zamanı bildirib...

"Hesab edirəm ki, çıxışlarda səslənən bütün təkliflər katiblik tərəfindən qeydə alınsın və ümumiləşdirilib, bütün ölkələrə razılaşdırma üçün təqdim edilsin. Əminəm ki, bu dəyərli təkliflər nəzərə alınacaqdır. Beləliklə, biz əməkdaşlığımızın növbəti mərhələsini uğurla davam etdirərək və koronavirusla mübarizədə birlik göstərərək bu bəlaya qalib gələcəyik".

PİA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə yekun çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Əziz qardaşlarımdan soruşmaq istərdim, əlavə hansısa məsələlər, suallar, təkliflər varsa, xahiş edirəm bildirin.

Əgər yoxdursa, onda icazə verin, mən yekun sözümü söyləyim və ondan sonra Bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.

- Hörmətli dostlar.

Bir daha əziz qardaşlarıma bizim təşəbbüsümüzü qəbul etdiklərinə və Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu gün çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizi daha da gücləndirəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız zəruridir.

Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir.

Hörmətli həmkarlar, ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq. İndi isə gündəlikdə Bəyannamənin qəbul edilməsi durur. Bəyannamənin mətni razılaşdırılıb və beləliklə, Bəyannamə qəbul edildi.

Əziz dostlar, bir daha Zirvə görüşündə fəal iştirakınıza görə təşəkkürümü bildirirəm və Zirvə görüşünü bağlı elan edirəm. Sağ olun". (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar