Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranlılar virus dərdi çəkəcək vəziyyətdə deyillər” - Ölüm sayı artır...

İran xalqı koronavirusa məhəl qoymadığı üçün ölüm halları sürətlə artır...

“Mecra” qəzeti, Türkiyə, 17 mart 2020-ci il

İranlı jurnalist və sosioloq Əli Kədxudazadə İranı yeni növ koronavirus (Covid-19) kimi sosial problemlərlə mübarizə aparacaq qədər təcrübəyə sahib olmadığını və xalqın digər böyük problemlər ucbatından bu qədər ciddi bir problemə laqeyd yanaşdığını bildirib.

Kədxudazadə: “İranın quruluşu hələ hər hansı bir böhranı idarə etməyə hazır deyil. Bunu yaxşı və ya pis mənada demirəm. Sadəcə olaraq İranda yetərli təcrübə və peşəkarlıq yoxdur”.

Kədxudazadə bir rəhbərliyin nə qədər güclü olduğunun normal zamanlardan çox, böhran günlərində üzə çıxdığını qeyd edib və sosioloji davranışlarla reaksiyaların cəmiyyət-dövlət münasibətlərinə əsaslanan bir doktrina olduğunu vurğulayıb.

İran xalqı reallığa laqeyd yanaşır

İranda 2 gün əvvəl çəkilən bu fotoşəkildə maska ​​və əlcəklə bazarlıq edən bir qadını görürük

Koronavirus epidemiyasına digər cəmiyyətlərdən fərqli olaraq, İran xalqnın çox laqeyd yanaşdığını qeyd edən Kədxudazadə əlavə edir:

“Bir ölkədə sağlamlıq baxımından fövqəladə vəziyyət elan edilən zaman bu ölkənin insanları tezliklə bütün ehtiyaclarını bazarlardan təmin edir, evlərində oturur və özlərini karantinə alırlar. İranda isə vəziyyət belə deyil. İran xalqında reallığa qarşı böyük laqeydlik var”.

Koronavirus epidemiyasının təhlükəli bir vəziyyət olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların heç nə olmamış kimi küçələrdə gəzməsinini psixoloji reaksiya çatışmazlığı və bu səbəbdən yaranan durğunluq mənasına gələn “ataraksiya” kimi qiymətləndirən Kədxudazadə: “İran xalqı digər böyük problemlər ucbatından koronavirus epidemiyasına məhəl qoymayan bir ataraksiya halına keçib”, deyə qeyd edir.

İnsanlar “rahat ol, boş ver” düşüncəsi ilə yaşayırlar

Kədxudazadə belə devam edir:

İranda koronavirusla bağlı xəbərdarlığa məhəl qoymayan bəzi insanlar “rahat ol, boş ver” düşüncəsi ilə yaşayırlar. Bu vəziyyət cəsarətli və ya məlumatlı olmaqla bağlı deyil. Əksinə, hissizlik və ataraksiyadan qaynaqlanır”.

Kədxudazadə: “Xalq keçən ayla müqayisədə, indi Novruz tətilinə görə bu xəstəliyə daha da laqeyd yanaşacaq”.

Bəzi ölkələrin bu məsələ ilə bağlı karantina kimi nizamlı tədbirlər gördüyünü vurğulayan Kədxudazadə bu tədbirlərin İranda tətbiq olunmayacağını düşünür.

Çində ortaya çıxan bu yeni növ koronavirus İranda ilk dəfə fevralın 19-da Qum şəhərində görülüb və sonra da bütün ölkəyə yayılıb.

İranın Səhiyyə Nazirliyi dünəndən etibarən ölkədə koronavirusdan ölənlərin sayının 853-ə yüksəldiyini və yoluxanların sayının da 15 minə çatdığını açıqlayıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəmə iclası keçirilib

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilib - Yenilənib

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Ən çox oxunanalar