Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevin qum karxanası biznesi... - İttiham

İşbazlar Adil Vəliyevin icra başçısı olduğu Sabunçu rayonu ərazisində çimərliyi qum karxanasına çeviriblər...

Bu barədə məlumatı araşdırmaçı jurnalist Məmməd Əhmədoğlu yayıb.

Jurnalist yazır: "Yerli mənbənin verdiyi məlumat əsasında Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Bilgəh sanatoriyasından Nardaran kəndi istiqamətində, daha dəqiqi “Atlantes” restoranından 700 metr irəlidə, yolun sağındakı çimərlik zonasinda işbazlar əməlli-başlı qum karxanası yaradıblar. Belə ki, ağır texnikanın köməkliyilə bu ərazidən hər gün gecədən sübhədək onlarla yük avtomobili qumla yüklənərək satışa göndərilir.

Yaranan iri xəndəklərin dərinliyindən təbiətə vurulan ziyanın əhatə dairəsinin genişliyinə istinadən qeyd etmək olar ki, işbazlar uzun müddətdir ki, burada fəaliyyət göstərmişlər. Və ən azı bu vaxtadək ərazidən 2-3 milyon ton qum daşınması nəticəsində mövcud çimərliyin günbatar hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Hesab edirk ki, tezliklə qanunvericiliyin tələbi üzrə aidiyyatı dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində sözügedən ərazidən qanunsuz qum daşınmasının qarşısı alınacaqdır".

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

pia.az


Etiket: Adil Vəliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar