Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov dostlarını necə "satıb"... - İddialar

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ilə bağlı ilginc iddialar...

Son günlər fəaliyyətindəki neqativlərlə diqqətə gələn “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiyalar daxil olub. Bəri başdan qeyd edək ki, əldə etdiyimiz məlumatların bəziləri ilə bağlı araşdırma apardığımızdan onları növbəti günlərdə diqqətinizə təqdim edəcəyik. Hələliksə...

Cavid Qurbanov dostlarını necə "satıb"...

Xatırladaq ki, mətbuata açıqlamalarının birində Cavid Qurbanov keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovla yaxın dost olduğunu bəyan etmişdi və hətta karyera yüksəlişində də Ziya Məmmədovun müstəsna xidmətlərini danmırdı. Amma sonrada onların arası müəmmalı səbəbdən dəydi.

Bunu xatırladan məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanov həm Ziya Məmmədov və həm də sələfi Arif Əsgərovla həqiqətən də yaxın münasibətlərdə olmasına rəğmən sonradan onlar barəsində "yuxarılara" məlumatlar ötürərək hər iki şəxsin gözdən düşməsinə müvəffəq olub. Bununla da kifayətlənməyən Cavid Qurbanov paralel olaraq mətbuatda da hər iki sabiq məmurun nüfuzdan salınması üçün əməlli-başlı çaba sərf edib.

Qarşılıqlı şantaj...

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, ardından Cavid Qurbanovun susdurulması üçün hərəkətə keçən dostlar artıq etimaddan düşdüklərindən əllərində olan və həqiqətən də Cavid Qurbanovu bitirə biləcək faktları ictimailəşdirməkdən belə yayınırlar. Mənbə iddia edir ki, ilk başdan onlar da “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbbərinə adekvat cavab vermək fikrinə düşüblər və Cavid Qurbanocun "Azəryolservis" rəhbərliyindəki yeyintisini ifşa edən faktları ictimailəşdirməyi qərarlaşdırıblar.

Sonradan bu msələnin daha böyük ajiotaja səbəb olacağını və bu işdə çoxlarının yana biləcəyini bildiklərindən fikirlərindən daşınıblar.

Beləcə görəvə gəlib...

Mənbə iddia edir ki, bu gün də Cavid Qurbanov bəzi çevrələri açıq şəkildə şantaj etməklə məşğuldur: "Bu, səlində QSC sədrinin qabaqcadangəlmişliyi kimi də qəbul oluna bilər. Çünki əks halda, özü eyni üsulla mövqelərini itirə bilər və hətta fəaliyyəti araşdırılarsa, barəsində hüquqi işləmlər də aparıla bilər...

Araşdırmalarımız davam edir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

pia.az


Etiket: Cavid Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar