Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyində Oqtay Şirəliyevin sədrliyi ilə geniş müşavirə keçirilib

Koronavirus yoxlamasına səbəb olan əlamətlərin siyahısı müəyyənləşdirildi...

Martın 4-də Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib.

Nazirlər Kabineti yanında operativ qərargahından bildirilib ki, Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.

Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.

Koronavirusla mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.

Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.

Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib. (Report)

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

Ən çox oxunanalar