Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov fəhlələrin əmək haqqını niyə vermir?

Cavid Qurbanovun nüfuzu fəhlənin haqqından üstündür?..

Keçən günlərdə Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisində işləmiş bir qrup şəxsin şikayət məktubunu yayınlamışdıq. Qeyd edək ki, hələ də maaşlarını ala bilməyən narazı vətəndaşlar mətbuat vasitəsi ilə prezident Əliyevdən və Mehriban Əliyevadan kömək istəyirlər.

Müraciətdə deyilirdi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanova məxsus olan Azəryol Tikinti MMC-nin rəhbərliyi 4 ay qul kimi işlətdiyi işçilərin əmək haqqını vermək istəmir.

Müraciətdə deyilirdi: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən Azəryol Tikinti MMC –də fəhlə, mühafizəçi və digər vəzifədə işləmişik. Azəryol Tikinti MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi bizi aldadıb aradan çıxdı. Həttda Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov biz şikayətçilərə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə məndə sizə pul vermirəm. Azər Hüseynov Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.

Biz indi çıxılmaz vəziyyətdə qalmşıq.4 ay qul kimi işlədik ki, çörək-ərzaq maqazinlərinə olan borclarımızı verək halal zəhmətimizlə qazndığımız pulla ailəmizi dolandıraq. Ancaq Cavid Qurbanovun yaxın adamı. ona məxsus Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov bizi aldadıb daha da yoxsul, ac vəziyyətə saldı".

Burada diqqətçəkən məqam həm də o idi ki, narazı vətəndaşlar olduqca ilginc faktı da açıqlayırlar: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin aparılmasına görə keçirilən tenderi Azəryol Tikinti MMC-nin udması heç də təsadüf deyil.Görünən odur ki, bu MMC-nin rəhbəri Azər Hüseynovun sözündə həqiqət var ki, onu Cavid Qurbanov himayə edir ki, o bu tenderi udub və fəhlələri qul kimi işlədib əmək haqqlarını mənimsəyib vermir.Azər Hüseynovun bu əməli cinayət tərkibi yaradır ki, hüquq mühafizə orqanları bunu araşdırıb onu həbs etməlidir.Ancaq Cavid Qurbanovun himayəsində olduğu üçün Aər Hüseynovun barəsidnə qanunu tədbir görən yoxdur".

Dia.az-a bununla bağlı danışan fəhlələrdən biri bildirib ki, onlarla əlaqə saxlanılaraq pullarının Novruz bayramına qədər veriləcəyi deyilib: "Bizə dedilər ki, daha mətbuata şikayət etməyək, çünki Cavid Qurbanovun nüfuzuna xələl gəlir. Yaxşı, biz şikayət etmirdik, səsimizi çıxarmırdıq... o zaman bizi niyə adam yerinə qoymurdular? Cavid Qurbanov düşünmürdümü ki, işçinin haqqını yeyəndə nüfuzuna xələl gəlir? Bizə kiminsə nüfuzu yox, halal pulumuz maraqlıdır və inanmırıq da ki pullarımızı hətta bayram ərəfəsində də qaytarsınlar. Biz çalışıb DTX-ya müraciət edəcəyik ki, bu şirkətin fəaliyyətini araşdırsınlar. Görək, onda nə deyəcəklər... Çünki bizim də bildiyimiz faktlar var..."

Bütün tərəfləri dinləməyə hazırıq...

pia.az


Etiket: Cavid Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar