Zaqatalada 8-ci sinif şagirdi itkin düşüb...
Zaqatalada itkin düşən məktəbli tapılıb.
Bu barədə APA-ya itkin düşən məktəblinin atası Fazil Qudiyev məlumat verib.
Onun sözlərinə görə, 13 yaşlı Rəcəb Qudiyev bu gün axşam saatlarında tapılıb.
***
Hadisə rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 13 yaşlı Rəcəb Fazil oğlu Qudiyev ötən gün yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
R.Qudiyev Göyəm kənd orta məktəbinin 8-ci sinfində oxuyur.
Onu görənlərdən (051) 330 75 69, (051) 571 84 25, (050) 829 89 84 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.(apa)
pia.az