Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvar gömrük məntəqəsində koronavirus təhlükəsinə qarşı xüsusi yoxlamalar - Video

İranda koronavirus infeksiyasının aşkar edilməsindən sonra cənub qonşumuzla ölkəmiz arasındakı Biləsuvar və Astara gömrük-buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib...

Gömrük postuna Səhiyyə Nazirliyi tərəfindən həkimlər ezam olunub. İrana gedən şəxslərə ehtiyatlı olmaları, qoruyucu maskalardan istifadə etmələri tövsiyə olunub.

Sərnişinlər üçün nəzərdə tutulan keçid zolaqlarında yüksək hərarətə qarşı həssas termal kameralar quraşdılıb. Piyadaların hər birinin bədən hərarəti ayrı-ayrılıqda xüsusi lazer cihaz vasitəsilə də yoxlanılır. Hər hansı şəxsdə 37,2 və ondan artıq hərarət aşkar edilərsə, dərhal nəzarətə götürülür.

Biləsuvar Gömrük məntəqəsinin rəisi Ceyhun bildirib ki, gömrükdə piyada keçidləri və onların təmasda olduğu ərazilər də diqqətdə saxlanaraq, iki saatdan bir dezinfeksiya olunur.

Yerli və əcnəbi vətəndaşlara koronavirusdan qorunmaq üçün Azərbaycan və ingilis dillərində xüsusi məlumat vərəqələri paylanılır.

Qeyd edək ki, bu gün İranda yayılan koronavirus təhlükəsinin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Biləsuvar gömrük-keçid məntəqəsi bağlanıb, Astarada isə məhdudiyyətlər qoyulub. (pravda.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

İrəvan Bakının saziş layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Ən çox oxunanalar