Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dissertanturaya keçid balı aşağı salına bilər”

AMEA qəbuldan narazıdır...

“Dissertantura səviyyəsi üzrə namizədlərin xarici dildən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi”.

Bunu Azərbaycan AMEA-nın akademik-katibi Əminağa Sadıqov deyib.

O bildirib ki, AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib:

“Lakin namizədlərin təxminən yarısı müvafiq keçid balını toplamadıqlarından imtahandan keçməyib. Hazırda akademiya və nazirlik imtahanların nəticələrini təhlil edir. Zərurət olsa, keçid balının aşağı salınması üçün Dövlət İmtahan Mərkəzinə (DİM) də müraciət edilə bilər”.

Əminağa Sadıqov qeyd edib ki, yeni qəbul qaydalarının bu il ilk dəfə tətbiq olunmasında xarici dillə bağlı namizədlərin müəyyən çətinlikləri olub:

“Düzdür, DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb. Yəni, imtahanlara uzun müddət qalmış proqramlar və test sualları hazırlanmışdı”.

Akademiya rəsmisi xatırladıb ki, doktorantura qəbul üçün bir neçə ildir xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur: “Ona görə də doktorantura sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir. Ona görə də doktoranturaya qəbulda vəziyyət yaxşıdır. Amma dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib”.

Qəbul imtahanı ilə dissertantlar üçün müəyyən güzəştlərin edilə və bununla bağlı vəsatət qaldıra biləcəyinə diqqət çəkən akademik-katib əlavə edib ki, onsuzda onları təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan vermələri gözləyir: “Təbii ki, həmin vaxt hansısa güzəştən söhbət gedə bilməz. Bu il AMEA-nındoktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb. Lakin namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) doktorantura və dissertantura səviyyəsi üzrə artıq qəbul prosesi başlayıb. Bu il ilk dəfə olaraq doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib/Report.

pia.az


Etiket: Dissertantura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay