Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib - Fotolar

Hər zaman müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb...

Şirkətlər Qrupu Mərkəzi Qan Bankı ilə birgə “Qan ver - yaşat” şüarı altında qanvermə aksiya təşkil edib. “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçirilmiş aksiyada Şirkətlər Qrupunun əməkdaşları, media mənsubları və Masazır sakinləri iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib. Şirkət rəhbəri hər kəsin sosial durumundan asılı olmayaraq ən azından qan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. O, “Azərsun Holdinq”də çalışanların yalnız qida təhlükəsizliyi, yüksək keyfiyyətli məhsulların istehsalı ilə deyil, eyni zamanda qanı və canı hesabına Azərbaycana xidmət etdiyini və bu fəlsəfənin heç zaman dəyişməyəciyini bildirdi. Daha sonra media mənsubları ilə görüşən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri bu il qanvermə aksiyasının əvvəlki illərlə müqayisədə fevralda keçirilməsinin Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədar olduğunu söyləyib. Abdolbari Goozal bütün şirkətlərin bu cür sosial layihələr həyata keçirməli olduğunu qeyd edərək “Azərsun Holdinq”in hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşdığını vurğuladı.

Jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qan bankının sədrinin müavini Namirə Abbasova “Azərsun Holdinq”in illərdir bu sosial aksiynı həyata keçirdiyini və yüzlərlə əməkdaşın qan verərək dəstək olduğunu qeyd edərək, təşəkkürünü bildirdi.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 14-cü ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar