Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadı Rəcəbli rəqibi olan namizədləri təhqir edib - Açıqlama

74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Əliyev müsahibəsində bildirib ki, onunla eyni dairədən namizəd olan Hadi Rəcəbli onu və digər namizədləri təhdid edərək namizədliklərini geri götürmələrini istəyib, rədd cavabı aldıqdan sonra isə onlara qarşı təxribata başlayıb...

"Mən bizim dairə üzrə qeydiyyatdan keçən 4-cü namizədəm. Məndən sonra eyni dairədən namizədliyi qeydə alınan Hadi Rəcəbli seçkiqabağı təbliğat-təşviqat kampaniyasının ilk günlərində biz namizədləri yanına çağırtdırıb namizədliyimizi geri götürməyi təklif edib. Onun təklifini qəbul etmədikdə isə bizi ağır sözlərlə təhqir edərək deyib ki, qutu-filan boş şeydi, MSK sədri Məzahir Pənahov yaxın dostumdur, ona deyərəm, sizin adınıza olan büllütenləri qutudan çıxarar. Prezident də məni dəstəkləyir”.

Aqşin Əliyev bundan sonra rayon icra hakimiyyətinin başçısının müavininin namizədləri yanına çağıraraq onları partiyadan xaric edəcəyi ilə hədələyib: "O bizi xəyanətkar, erməni adlandırıb. Məktəb direktorlarına, kitabxana müdirlərinə tapşırıq verilib ki, kənd sakinlərinin şəxsiyyət vəsiqələrini yığıb onları bizə qarşı əks təbliğata səsləsinlər. Onu da deyim ki, bizə təbliğat-təşviqat kampaniyası aparmaq üçün vəsait ayrılmayıb, bu bir yana, kəndlərə səfər etməyimiz də qadağan olunub. Posterlərimizi yalnız lövhəyə yapışdıra bilirik, halbuki, məcəllədə qeyd olunub ki, razılığa gəldiyimiz təqdirdə istənilən obyektin fasadına posterlərimizi yapışdıra bilərik. Avtobazalara da tapşırılıb ki, avtobus sürücüləri Hadi Rəcəblidən savayı heç bir namizədin seçicilərini hökumət tərəfindən təyin olunmuş məkanlara aparmasınlar. Bundan əlavə, bizə qarşı antiazərbaycan təbliğatı aparılır. Misalçün, bu gün rayon icra başçısının müavini Rasilə Əliyeva xəstəxanalardan birində bizi erməni adlandırıb. Bu dövlət qanunlarının kobud şəkildə pozulmasıdır. Biz prezidentin səsinə səs verib namizədliyimizi irəli sürmüşük. Bununla yanaşı, bizə yaxın olan insanlara hədə-qorxu gəliblər. Kimə yaxınlaşırıq, bizdən uzaqlaşmağa çalışır, deyirlər ki, onsuz da Hadi Rəcəbli deputat olacaq. Onu da deyim ki, söylədiklərimi məndə olan səs yazıları ilə sübuta yetirə bilərəm, şahidlərim də var ".(Sfera.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar