Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mənim "mühacir alveri"ndə əlim yoxdu...Əlövsət Əiyevin tələsidir"- Mehdi Xəlilbəyli  azadlıqda

Mehdi Xəlilbəyli həbsdən azad olundu...

“Mənə qarşı bu tələlərin hamısı Əlövsət Əliyevin ofisində hazırlanıb. Özü ölüyə, diriyə sənəd satıb”.

PİA.az xəbər verir ki, bu sözləri Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü, “mühacir alveri”ndə adı hallanan Mehdi Xəlilbəyli deyib. Məlumat üçün deyək ki, 2019-cu il noyabrın 13-də Almaniyaya miqrant daşımaqda günahkar bilinən bir qrup həbs olunub.

Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr saxlanılıb. Onların arasında “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də vardı.

Mehdi Xəlilbəyli yanvarın 8-də azadlığa çıxıb. O, Meydan TV-yə verdiyi müsahibədə “mühacir alveri” ilə heç bir əlaqəsi olmadığını bildirib. “O deyilən məsələlərlə yaxından-uzaqdan əlaqəm yoxdur. O dosyeni bir nəfər hazırlamayıb, orada 200-dən artıq yalan məlumat var. 2018-ci ilin yayından bu işi bilirəm. Üstünə düşmədim. Orda obrazlar var, Rəşaddır, başqasıdır. Onların hamısı detallardır. Bir az qısnasan, deyəcək ki, pulumu alıb bu işi gördüm, ehtiyacım vardı. Əsas məsələ o dəzgahı hazırlayanlardır” -, deyə Mehdi Xəlilbəyli vurğulayıb.

Onun sözlərinə görə, Almaniya hökumətinin bu məsələ ilə bağlı hər hansı araşdırması yoxdur: “Heç bir araşdırma yoxdur. İlk məhkəmə iclasında vəkillər ortaya qoydular ki, heç bir araşdırma aparılmayıb. Heç bir şahid dindirilməyib. Dosyenin sonunda deyilir ki, Mehdi Xəlilbəyli ilə şura üzvünün əməliyyatının heç əlaqəsi təsbit olunmadı. 3 ay dayanmadan telefon dinləmələri, izləmə olub, heç nə təsbit olunmayıb”.

Bununla belə Mehdi Xəlilbəyli “mühacir alveri”nə görə Əlövsət Əliyevi ittiham edib: “Siz də bilirsiz ki, Əlövsət (Əlövsət Əliyevdən söhbət gedir- red.) daşı tərəziyə qoyub, vətəndaşlarımızı aldadıb, əlindən pulunu alıb. O, hələ də həbsdədir”.

O, həmçinin “mühacir alveri” ilə bağlı işdə əsas fiqurant olan Rəşad Məmmədovla əlaqəsi olmadığını deyib. Mehdi Xəlilbəylinin sözlərinə görə, Rəşad Məmmədovun onun sürücüsü olduğu barədə iddialar əsassızdır: “Yalan söhbətdir, heç bir yaxınlığımız olmayıb. Mənim maşınımı heç bir metr də sürməyib.

Bir azərbaycanlı kimi münasibətimiz normal olub. Ancaq mənim maşınımı sürməyib. İstəmirəm bu söhbətlərdən yeni “malzəmə” düzəldəsiniz. Elə bilirsiz siz mətbuatda yazılanlardan narahat olursuz, mən yox? Mənim həddən artıq çox mətbu orqana çıxışım var. Zəng də edirlər, maraqlanırlar, istəyirlər nəsə danışım, amma ehtiyac yoxdur. Qoy bu dəzgahı hazırlayanlar məni yerdən-yerə sürüsünlər. Sadəcə məni sevən insanlara, dava dostlarıma ziyan vurmurlarsa, bunun özü qazancdır. Qoy mənə nə qədər zərər verirlər, versinlər”.

Mehdi Xəlilbəyli daha sonra Əlövsət Əliyev barədə bunları deyib: “Mühacir alveri” kiməsə xoş gələn sözdür. Başa düşə bilmirəm də. Bu adam özünə ofis açıb, camaatı aldadıb, inandırıb, əllərindən pullarını alıb. Bir adam deyil, 300-400 nəfərdir. Hamısı da isbat olunur”. (yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar