Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xumar ruhu, duyğuları və sənəti ilə yaşayan insandır”

Müğənni Elton Hüseynəliyev Əməkdar artist Xumar Qədimovanın kilsədən paylaşdığı fotonun müzakirə olunmasına münasibət bildirib...

 

O, həmkarını müdafiə edərək X.Qədimovanın ünvanına xoş sözlər yazıb:

“Bir neçə saytda oxudum ki, Xumar xanım kilsədə şam yandırıb, dua edib, şəkil çəkdirdiyinə görə bir çox insanlar tərəfindən tənqid olunub. Demək istəyirəm ki, əgər Xumar xanım bəziləri kimi süni insan olsaydı, camaata xoş gəlsin deyə gedib məsciddə şəkil çəkdirərdi. Məsciddə dua edə bilərəm, amma bu, o demək deyil ki, bağışlanmış müqəddəs insanam. Hamımızın günahı var, amma haqsız danışmaq olmaz”.

E.Hüseynəliyev bildirib ki, sənətçi ilə 15 ildir dostdur:

“Kaş, hamı Xumar kimi olardı, lakin elə olmur. İnsan gərək olduğu kimi görünsün, özü, sözü, nəfəsi təbii olsun. Beşüzlü məxluqlar onsuz da çoxdur, amma dünyada ikinci Xumar yaşamır, o, Azərbaycanın xanımı və sənətkarıdır. Kiməsə xoş və ya naxoş olmaq üçün yox, ruhu, duyğuları, sənəti və xanımlığı ilə yaşayan insandır. İnsanları tanımadan, bilmədən haqqında mənfi nəsə söyləmək düzgün deyil. Ola bilər ki, sevməyəsiniz, ancaq qınamaq heç kimin haqqı deyil. Bir də onu bilin ki, kilsə də Allahın evidir. Heç kim özünü alim hesab etməsin, insan olaq yetər”.

pia.az


Etiket: Xumar Qədimova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar