Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram günlərində hava necə olacaq?

Yeni ilin ilk günlərində ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz olacaq...

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

"Respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir. Yeni İlin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır”, - deyə o bildirib. 

U.Tağıyeva qeyd edib ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq:

"Havaya gəldikdəsə, son 20 ildə BakıAbşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağmışdır. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlmişdir ki, bu da Bakı üçün nadir hadisədir.

ÜMT-nın məlumatına görə qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır və s. Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır. Çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Biz çox istırdik ki, 2020-ci ildə və növbəti illərdə suya həssaslıqla yanaşaq. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Bir çox ölkələr susuzluqdan böyük əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik. Hamımız dəyişən iqlim şəraitinə uyğunlaşmalıyıq”.

pia.az


Etiket: hava proqnozu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar