Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada partlayış baş verib...
APA-nın “Daily Star” nəşrinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8.30 radələrində binanın birinci mərtəbəsində qaz kəmərində baş verən partlayış nəticəsində 7 nəfər ölüb.
Partlayış zamanı 15 nəfər xəsarət alıb.
Qaz kəmərində partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.
pia.az