Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Paşa Nemətov yenidən sədr seçilib

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib...

PİA.az AzərTac-a istinadən xəbər verir ki, konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət Nazirliyinin rəhbərliyi iştirak edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Bildirib ki, konfransa 84 nəfər nümayəndə seçilib. Onlardan 82 nəfəri hazırda tədbirdə iştirak edir, digər iki nəfər isə üzrlü səbəbdən konfransa qatılmayıb.

O, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan, bu sahəyə göstərilən dövlətin diqqət və qayğısından bəhs edib.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Konfrans çərçivəsində səsvermə keçirilib. Səsvermə nəticəsində Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb

Slovakiya XİN: Fitso vəzifəsinin başına bir neçə aydan sonra qayıda biləcək

Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı baş tutub

Ən çox oxunanalar