Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdan Paşinyan və adamlarını hədələdilər

Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir...

Belə bəyanatla qondarma “dqr”in keçmiş “təhlükəsizlik şurası katibi”, general Vitali Balasanyan çıxış edib.

O hesab etmir ki, Paşinyan və komandası hakimiyyətdən könüllü gedəcək: “Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır”.

Balasanyanın sözlərinə görə, əgər xalq parlamentin istefasını tələb etməsə nəticələri acınacaqlı olacaq. “Xalq ayılmalıdır, tələb etməlidir, məcbur etməlidir ki, bütün deputatlar mandatlarını təhvil versin,-kimliyindən asılı olmayaraq, istər “Mənim addımım”, istər “İşıqlı Ermənistan” və digərləri. Əks halda bütün ermənilik təhdid altında qalacaq”,-general bildirib.

Vitali Balasanyan Paşinyanın 2016-cı ilin yayında Yerevanda polis alayının binasını tutan “Sasna tsrer” terrorçuları ilə əlbir olduğunu da deyib. Buna sübut kimi həmin terrorçulardan bir qrupunu hökumət binasında qəbul etməsini göstərib.

“Paşinyan böyük antierməni layihəsidir”,-Balasanyan deyib.

Onun sözlərinə görə, əvvəllər Paşinyanın “Sasna tsrer” terrorçuları ilə əlbir olduğuna şübhə edirdi. Amma indi aydındır ki, 2016-cı ildə Paşinyan terrorçuların ələ keçirdiyi polis polkunun binasına gedəndə, həmin terrorçulara dəstək mitinqində iştirak edəndə həmin banda ilə əməkdaşlıq edirmiş.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar