Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb...

Bu barədə “Report”a güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumova məlumat verib. Olimpiya mükafatçısı bildirib ki, oğlu olimpiadaya vəsiqəni İtaliyanın Bolonya şəhərində keçirilmiş Avropa çempionatında əldə edib: “Qitə çempionatında həm olimpiya, həm də qeyri-olimpiya növləri üzrə yarışlar oldu. Yivli tapança ilə 25 metr məsafəyə sürətli atəşaçmada “Tokio-2020”yə vəsiqə üçün finala çıxan “altılığ”a düşmək lazım idi. Lunyov 6-cı yerlə bunu bacardı və həlledici mərhələdə 5-ci yeri tutdu. Bu isə o deməkdir ki, güllə atıcılığında Azərbaycana 2020-ci il Yay Olimpiya Oyunlarına “wild card” verilməyəcək”.

Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında “wild card” sayəsində iştirak edib. O, 10 metr və 25 metr məsafələrə atəş açma yarışlarında 15-ci yeri tutub.

Qeyd edək ki, bu, Azərbaycanın 7-ci olimpiya lisenziyası olub. Daha əvvəl sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar