Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güləşin daha bir növü olimpiadanın proqramına salına bilər

“Dünya çempionatında Təşkilat Komitəsi bizim bütün tələblərimizə uyğun bütün təşkilati işləri görüb. İnanıram ki, hər şey daha yaxşı və maraqlı alınacaq. Bu gün biz maraqlı görüşlər izlədik. Burada güclü idmançılar iştirak edir. Özümüzü çox yaxşı hiss edirik”

"Report”un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç mətbuat konfransında deyib.

Serbiyalı funksioner bildirib ki, ötən gün keçirilmiş büro iclasında gənclər arasında yarışların səviyyəsini daha da gücləndirmək barədə qərarlar qəbul etdiklərini bildirib. O, 2022-ci il dünya çempionatını təşkil edəcək Rusiyanın Krasnoyarsk şəhərinin indiyədək nüfuzlu yarışlara ev sahibliyi etdiyini xatırladıb. Laloviç növbəti illər üçün də dünya çempionatlarının təşkilatçılarını daha erkəndən müəyyənləşdirmək istədiklərini söyləyib.

UWW prezidenti güləşin ənənəvi növləri – pankration, qraplinq və kəmər güləşinə marağı öyrəndiklərini və onları vahid bayraq altında birləşdirməyə çalışdıqlarını əlavə edib. O, ənənəvi növləri qısa müddətdə inkişaf etdirməyin çətinliyini dilə gətirib.

Laloviç çimərlik güləşini də inkişaf etdirdiklərini bildirib: “Bütün planlarımızı açıqlamaq istəmirik ki, rəqiblərimiz xəbər tutsun. Bu yaxınlarda Qətərdə ilk çimərlik Oyunları təşkil olunacaq. Həmin yarışda çimərlik güləşinə də marağın olduğunu görəcəyik. Bu növün olimpiada proqramında yer alması isə zamanın işidir”.

Təşkilat Komitəsinin sədri Yerlan Kojasbay yarışın təşkilatçılıq tələblərinin get-gedə artmasına rəğmən, bütün lazımi işləri gördüklərini vurğulayıb. O, dünya çempionatına onlayn qaydada artıq 25 min biletin satıldığını diqqətə çatdırıb.


Etiket: Güləş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar