Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sükut orucu nədir və İslamda varmı?

İslamda oruc növü kimi bu qəbuledilməzdir

Sükut orucu İslamdan əvvəlki şəriətlərdə mövcud olmuşdur. Qurani-Kərimdən məlum olur ki, Xanım Məryəm Həzrət İsanı (ə) dünyaya gətirdikdən sonra camaatın tənəsindən xilas olmaq üçün Allah-Taala ona sükut orucu tutduğunu söyləməyi məsləhət bilmişdi:

"(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!" (Məryəm, 26).

Ayədən görünür ki, əvvəla, sükut orucu keçmiş ümmətlərdə var imiş və haram deyilmiş. İkincisi, bu oruc zamanı yemək və içmək qadağan deyilmiş. İslamda sükut orucunun hökmünə gəlincə, oruc növü kimi bu, qəbuledilməzdir. Çünki İslamda orucun hökmləri bəllidir, bunların arasında danışmaqdan çəkinmək adlı hökm yoxdur. Dinimiz sükut orucunu qəbul etmir və bunu oruc saymır.

Pia.az


Etiket: oruc

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ən çox oxunanalar