Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hərbi gəmiləri Venesuela ətrafına cəmləşib – Dəniz blokadası hazırlanır?

Amerika Birləşmiş Ştatları (ABŞ) sahil-mühafizə gəmilərinin 8-i birdən Venesuela sahillərinin yaxınlığında cəmləşib

Əraziyə həm də ABŞ-ın «USNS Comfort» hospital gəmisi gəlib.

Ekspertlər ehtimal edirlər ki, yaranmış vəziyyət Bolivarian Respublikasının dəniz blokadasına alınmasına işarə kimi qəbul oluna bilər. Hər necədirsə, söhbət bölgədə «humanitar missiya»dan getmir.

Bütün bunlar avustun 29-da ABŞ-ın xüsusi nümayəndəsi Elliotta Abramsın jurnalistlər qarşısında səsləndirdiyi bəyanatın fonunda baş verir. Abrams bəyanatında səsləndirmişdi ki, Venesuela prezidenti Nikolas Maduro istefaya getməyə hazırlaşmır.

«Mən, Maduronun prezident postundan getməyə hazır olduğunu təsdiqləyən heç bir əlamət görmürəm. Bu, çox məyusedicidir» – deyə, Abrams bildirib.

Bundan başqa, Abramsın sözlərinə görə, Ağ Evin administrasiyası ümid edir ki, Avropa İttifaqı artıq yaxın vaxtlarda Venesuela hökumətinə qarşı sanksiya tətbiq edəcək. Bu zaman, Birləşmiş Ştatlar Karakasa qarşı təzyiqləri aşağı salmağa hazırlaşmır, əksinə, daha fəal tədbirlər nəzərdə tutur («Röyter»).

Abrams qeyd edib ki, Maduro hökuməti Rusiyanın dövlət korporasiyası olan «Rosnef»in maliyyə dəstəyinə getdikcə daha çox ümid bəsləyir. Eyni zamanda, o bildirib ki, «Rosneft»in Venesuela neftini almaq və ardınca satmaq əməliyyatları ABŞ sanksiyalarını pozmur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar